main-post-cover

    IFA 2017: 'LG' şirkəti özünün yeni flaqman modeli LG V30-u təqdim etdi

    Elm & Texnologiya
    31.08.2017
    Emil Nəcəfov

    Berlindəki IFA 2017 tədbiri çərçivəsində “LG” şirkəti özünün yeni flaqman modeli olan LG V30-u təqdim etdi.

    Bu model sayəsində şirkət, bazardakı Galaxy Note 8-i və satışa çıxacaq iPhone 8-i geridə qoyacağına ümid edir. Smartfonun dizaynı, müasir trendlərə uyğun şəkildə hazırlanıb. Belə ki, o, ekran ətrafı nazik çərçivələrə, virtual düymələrə və korpusda dairəvi kənarlara sahibdir. LG V30, 6 inç OLED FullVision ekran, 4 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), biri 16 MP, digəri isə 13 MP olan ikili arxa kamera, 5 MP-lik genişbucaqlı ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Öz rəqiblərində olduğu kimi LG V30-un da ikili arxa kamera ilə təchiz olunmasına baxmayaraq o, rəqiblərinə bu baxımdan uduzur. Galaxy Note 8-dən fərqli olaraq LG V30-un iki arxa kamerasından eyni anda istifadə etmək mümkün deyil. Smartfon, Android 7.1.2 Nougat əməliyyat sistemi ilə çalışacaq. Lakin buna baxmayaraq o, yaxın zamanda Android 8.0 Oreo dəstəyini də alacaq. Bundan əlavə olaarq LG V30, IP68 standartına uyğun olaraq tozdan və sudan qorunmaya, ön kameranın aktivləşdirilməsi üçün üz skanına, barmaq izi skanına və naqilsiz şarj yığma özəlliyinə sahib olacaq. 64 GB daili yaddaşa sahib versiyanın qiyməti 700$ olacaq. LG V30 ilk öncə 21 Sentyabr tarixində Cənubi Koreyada satışa çıxacaq və daha sonra digər regionlarda da təqdim olunacaq.

    Linki kopyala