
İngilis dilini öyrənmək istəyənlərə stimul verəcək reklam çarxı
Elm & Texnologiya
07.05.2017
Farid
Polşada yeni il münasibətilə çəkilən video
çarx bir çox istifadəçinin sevimlisinə çevrilib. Hətta bəzi xarici kanallar bu
reklamı internetin ən yaxşı yeni il reklam tanıtımı adlandırıblar. Reklamın mövzusu yaşlı adamın ingilis
dilini öyrənməsidir. Reklam izləyicilər tərəfindən 13 milyondan çox izlənib.
Reklamda
yaşlı adam ingilis dilini öyrənməyə çalışır. Hətta bunun üçün özünə yeni
başlayanlar üçün ingilis dili dərsliklər də alır. Yaşlı adamın səbrlə və həvəslə
ingilis dilini öyrənməsinin səbəbi isə onu İngiltərədə yaşayan oğlu və nəvəsi
ilə əlaqədardır.
Reklam
təsirli olmaqla bərabər çox əyləncəlidir. Baxmağı tövsiyyə edirik.
Paylaş
Bənzər xəbərlər