
İnsan bədənindəki yağı əridən qulaqlıqlar. Reallıq yoxsa yalan? (VİDEO)
Elm & Texnologiya
08.08.2017
İndiegogo platformasında çox maraqlı qulaqlıqlar layihəsi ortaya çıxıb.
Modius adlı qulaqlıqların yaradıcılarının sözlərinə əsasən
bu qulaqlıqlar, iştah hissini yox etmək üçün beyinə siqnallar ötürür, bədəndəki
yağı yandırır və metabolik hormonları aktivləşdirir. Modius, beyindəki hipotalamus
adlı hissəyə nəzərat edir. Qeyd etmək lazımdır ki, beynin bu hissəsi, aclıq
hissinə cavandehdir. İstehsalçıların məlumatlarına əsasən neyrostimullaşdırma
vasitəsilə bu qulaqlıqlar sayəsində 16%-dək artıq yağı yandırmaq mümkün olacaq.
Modius, qulaqlıqları olan və qulaqların arxa tərəfinə yerləşdirilən cihazdır.
Bu cihaz, hipotalamusu aktivləşdirən zəif elektrik impulsları göndərir. Məlumata
əsasən bu üsul ilə cihaz, beyni bir növ aldadır. Belə ki, beyin düşünür ki, siz
aktiv zaman keçirdirsiniz. Siz isə əksinə oturmuş halda olursunuz. Sözügedən
qulaqklıqların istehsalçıları söz verirlər ki, onun vasitəsilə maddələr mübadiləsinin
sürətlənməsinə və pəhriz ilə idmanla məşğul olmadan 16% yağ yandırmağa nail olmaq
mümkündür.
Modius, qulağın arxa hissəsində yerləşən xüsusi sinir bölməsini
stimullaşdırmaq üçün zəif elektrik impulslarından istifadə edir. Beyin isə öz
növbəsində həmin stimullaşdırma prosesini, fiziki aktivlik kimi qəbul edərək
hipotalamusu, yağ yandırmağa məcbur edir. Bu cihaz, “Neurovalens” şirkəti tərəfindən
yaradılıb və həftədə 3 saat çalışmaqla 16 həftə boyunca test edilib. Testdə
iştirak etmiş insanların orqanizmlərində 8%-ə kimi yağın yox olması prosesi
müşahidə olunub. Modius-u artıq indidən 299$-a İndiegogo-dan almaq mümkündür.
Onun effektivliyinin olmadığı halda şirkət, alıcıdan əldə etdiyi vəsaiti ona
yenidən qaytarmağa söz verir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...