Logo
    main-post-cover

    İnsan beyninin düşüncə sürəti təyin edilib

    Elm & Texnologiya
    06.01.2025
    Emil
         Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları insan düşüncələrinin sürətini təyin etməyi bacarıblar. Aparılmış yeni tədqiqat beynin məlumatı emal etməsi sürəti ilə insan bədəninin müxtəlif sensorlardan təşkil edilmiş sisteminin məlumatları yığma sürəti arasındakı əhəmiyyətli dərəcədə uyğunsuzluğu ortaya çıxarıb. Beləliklə aparılmış tədqiqat sayəsində mütəxəssislər təyin ediblər ki, insan beyni məlumatı saniyədə sadəcə 10 bit sürətlə emal edir. Lakin insan bədənindəki müxtəlif sensorlar vasitəsilə məlumatların yığılması sürəti saniyədə milyard bit-ə çatır. Bu isə düşüncə proseslərindən 100 milyon dəfə daha sürətlidir.
         Nəticədə alimlərdə belə bir sual yaranıb. Beyin insanın ətraf dünyanı dərk etməsi və müəyyən qərarları qəbul etməsi üçün kifayət edən 10 bit-lik sürəti ayıraraq bu qədər məlumatı hansı üsul ilə filtrasiyadan keçirir? Aparılmış tədqiqat nəticəsində əldə edilmiş məlumatlar yeni neyrobioloji tədqiqatlar üçün əsas yaradırlar. Bu tədqiqatın ortaya çıxarmış olduğu daha bir sual odur ki, nəyə görə beyin sensorlu sistem kimi bir anda paralel olaraq bir neçə fikri deyil, yalnız bir fikri emal edir? Alimlər güman edirlər ki, bu, insan beyninin necə inkişaf etməsi ilə əlaqəlidir. Belə ki, sinir sisteminə sahib ilk canlılar öz beyinlərini ilk növbədə naviqasiya üçün istifadə edirdilər. Qida istiqamətində hərəkət etmək və yırtıcılardan uzaqlaşmaq. İndi də eyni proses gedir. Bir anda yalnız bir fikrin emalı.
    Paylaş
    Bənzər xəbərlər
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerini-normal-bir-huceyreye-cevire-bilibler
    Elm & Texnologiya

    Alimlər yeni bir metodla xərçəng hüceyrələrini normal bir hüceyrəyə çevirə biliblər!

    Bir qrup alim kolon xərçəngi hüceyrələri üzərində araşdırma apararaq, bu hüceyrələrin sağlam vəziyyətə qayıtmasını təmin edən yeni bir üsul kəşf edib. Yeni texnika, xərçəngin müalicəsində inqilabi rol oynaya bilər.
    google-un-yeni-kvant-cipi-paralel-kainatlarin-movcudlugunu-subut-ede-biler
    Elm & Texnologiya

    Google-un yeni kvant çipi paralel kainatların mövcudluğunu sübut edə bilər!

    Google-un yeni kvant çipi "Willow" elm və texnologiya dünyasında həm böyük maraq, həm də mübahisələrə səbəb olub. Çipin göstərdiyi gözlənilməz performans multikainat nəzəriyyəsinin yenidən müzakirəyə çıxarılmasına səbəb olub.
    esitme-probleminin-mualicesinde-inqilab-dunyanin-en-qeribe-iynesi-hazirlanib
    Elm & Texnologiya

    Eşitmə probleminin müalicəsində inqilab: Dünyanın ən qəribə iynəsi hazırlanıb!

    Eşitmə probleminin və digər daxili qulaq xəstəliklərinin müalicəsi üçün 3D çap texnologiyası ilə innovativ bir mikro iynə hazırlanıb. Bu iş təxminən 10 il davam çəkib.
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerinin-99-ni-mehv-etmeyi-bacariblar
    Elm & Texnologiya

    Alimlər yeni bir metodla xərçəng hüceyrələrinin 99%-ni məhv etməyi bacarıblar!

    Alimlər xərçəng hüceyrələrinin 99%-ni məhv etmək potensialına malik yeni bir metod inkişaf etdiriblər. Bu kəşf, xərçəng müalicəsində ümidverici bir addım kimi qiymətləndirilir.
    tedqiqatcilar-internet-kabeli-vasitesile-ilk-defe-kvant-teleportasiyasi-heyata-keciribler
    Elm & Texnologiya

    Tədqiqatçılar ilk dəfə internet kabeli vasitəsilə "kvant teleportasiyası" həyata keçiriblər!

    Northwestern Universitetindən tədqiqatçılar kvant teleportasiyasında inqilabi bir uğura imza ataraq kvant məlumatını klassik internet kabeli vasitəsilə ötürə biliblər.