İnsan böyrəkləri uzunmüddətli kosmik uçuşlara tab gətirə bilməzlər
Elm & Texnologiya
20.06.2024
Emil Nəcəfov
Astronavtların da iştirakı ilə baş tutacaq Mars missiyaları insanlığın uzunmüddətli məqsədidir və bu cür missiyaların növbəti onilliklərdə baş tutacağı nəzərdə tutulub. Lakin alimlərin bir neçə müddət bundan öncə aparmış olduqları tədqiqatların nəticələri Marsa uçuş missiyalarının yerinə yetirilməsi prosesini qəlizləşdirə bilər. Məsələ burasındadır ki, alimlərin aparmış olduqları yeni tədqiqata əsasən insan böyrəkləri bu cür uzunmüddətli kosmik səyahətə dözmək potensialına sahib deyillər. Səbəb isə kosmosda olan çəkisizlik və radiasiya ilə bağlıdır. Aparılmış tədqiqatlara əsasən böyrəklərin strukturları və funksiyaları kosmik uçuşlar zamanı dəyişirlər.
Kosmik radiasiya isə geri dönüşü olmayan zədələnmələrə səbəb ola bilər. “Əgər biz, böyrəklərin qorunması məsələsində yeni üsullar tərtib etməsək, Marsa səyahət etmiş astronavtın geri dönüşü zamanı ona hemodializ aparatı lazım olacaq” - deyə mütəxəssislərdən biri qeyd edib. Hələ keçən əsrin 70-ci illərində aydın oldu ki, kosmik uçuşlar astronavtların səhhətlərində problemlərə səbəb olurlar. Söhbət, orqanizmin müxtəlif orqanlarına olan təsirdən gedir. Buna misal olaraq ürəyin və görmə qabiliyyətinin zəifləməsini, böyrəklərdə daşların əmələ gəlməsini və s. göstərmək olar. Güman olunur ki, bu problemlərin səbəbi kosmik radiasiyadır.
Yer kürəsinin maqnit sahəsi planetin aşağı orbitində reallaşdırılan uçuşlar zamanı astronavtları kosmik radiasiyanın mənfi təsirindən qismən olaraq qoruyur. Lakin Marsa və ordan geri dönüş uçuşlarından danışanda anlamaq lazımdır ki, astronavtlar uzun müddət ərzində sərt şəkildə kosmik radiasiyanın təsirində olacaqlar. Uzunmüddətli kosmik uçuşda ola biləcək insanın səhhətinin qiymətləndirilməsi üçün alimlər biomolekulyar, fizioloji və anatomik təcrübələr aparıblar. Bundan əlavə olaraq onlar siçanlardan istifadə edərək kosmosda uzunmüddətli qalma mövzusunda 11 simulyasiyanı reallaşdırıblar.
Bəzi simulyasiyalarda siçanlar Mars üçün nəzərdə tutulan 1.5-2.5 illik missiya müddəti ərzində əldə edilə biləcək kosmik radiasiyaya ekvivalent səviyyədə radiasiya təsirinə məruz qalıblar. Nəticədə alimlər təyin ediblər ki, kosmosda uzunmüddətli qalma zamanı insanların və heyvanların böyrəkləri bir növ rekonstruksiyaya məruz qalırlar. Kalsium və duz tarazlığının dəstəklənməsindən cavabdeh olan böyrək kanalları sıxılmağa başlayırlar. Bu, kosmosda 1 ay müddətində qalma zamanı artıq baş verir. Çox güman ki, bunun əsas səbəbi radiasiya deyil, kosmosdakı çəkisizlikdir. Qravitasiya ilə kosmik radiasiyanın insan orqanizminə konkret təsirlərini təyin etmək üçün əlavə tədqiqatlar aparılmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb!
Avtonom nəqliyyat vasitələri ilə bağlı araşdırmalar davam edərkən, tədqiqatçılar iki trend mövzunu bir araya gətiriblər. Belə ki, Tokio Universitetində avtomobili avtonom idarə edə bilən insanabənzər robot hazırlanıb.
Marsda buz kəşf edilib!
Marsda buz kəşf edilib!
Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
Tədqiqatçı Damian Stefaniuk, elektrik enerjisini saxlayan yeni betonla bütün evləri batareyaya çevirə biləcəklərini iddia edir. Əgər bu texnologiya inkişaf etdirilərsə, mühüm problemlərin həll yolu ola bilər.
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
BOKU Tulln və IMC Krems Tətbiqi Elmlər Universitetinin birgə apardığı araşdırma, elektron tullantılardan qiymətli materialların əldə edilməsində böyük potensialın olduğunu ortaya qoyub. Üstəlik, maraqlı bir üsul sayəsində.
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!