
İnsanabənzər robotlar bir neçə ildən sonra kütləvi hala çevriləcək
Elm & Texnologiya
24.03.2025
Emil
Süni zəka sahəsi ilə robototexnika paralel şəkildə inkişaf edir, çünki ikincinin tərəqqi tempi birincidəki uğur səviyyəsindən asılıdır. NVIDIA şirkətinin rəhbəri hesab edir ki, insana əbənzər robotlar istehsalat sahəsində 5 ildən də az bir müddətdə geniş yayılacaq. XPeng şirkətinin rəhbəri isə əmindir ki, onlar təxminən 5 il ərzində məişət şəraitində də öz yerlərini tapacaqlar. Reuters-in qeyd etdiyi kimi, NVIDIA şirkətinin qurucusu Jensen Huang bu fikirlərini Kaliforniyada keçirilmiş GTC 2025 konfransında səsləndirib. Onun fikrincə, insanabənzər robotların bazarda yetərli sayda peyda olması üçün 5 ilə ehtiyac yoxdur - bu, daha qısa müddətdə baş verəcək. Bununla belə, belə robotların tətbiqində ilk addımı məhz müəssisələr atacaq, ev təsərrüfatları isə daha sonra onları mənimsəyəcək.

Çünki istehsalatda - sərt şəkildə nəzarət olunan və standartlaşdırılmış mühitdə - robotlardan istifadə etmək ev şəraitinə nisbətən həm daha asan, həm də daha təhlükəsizdir. NVIDIA rəhbəri insanabənzər robotların qiyməti barədə olduqca açıq danışır: “Qiyməti müəyyən etmək çox, çox sadədir. Hazırda insanabənzər robotun orta icarə haqqı 100 000$ səviyyəsindədir və məncə, bu, çox yaxşı iqtisadi göstəricidir”. Görünür, bu məbləğ müasir insana bənzər robotun 1 illik icarəsini əhatə edir, baxmayaraq ki, ilkin mənbədə dəqiq müddət göstərilmir. Xatırladaq ki, Elon Musk özünün Tesla Optimus adlı insanabənzər robotlarını mümkün qədər əlçatan etmək niyyətindədir. Çin startapı XPeng-in prezidentlərindən biri olan Brian Gu Hongdi bildirib ki, onların şirkəti insanabənzər robotları ilk növbədə kommersiya sektorunda tətbiq edəcək.

Lakin onun fikrincə, yaxın bir neçə il ərzində bu cür robotların bazar tutumu avtomobil nəqliyyatı sektorunu belə üstələyəcək. Bununla belə, XPeng rəhbərliyinin fikrinə görə, insanabənzər robotların məişətdə geniş yayılması üçün hələ azı 5 il vaxt lazım olacaq. Gələn ilin sonuna qədər Çin şirkəti yalnız insanabənzər robotların deyil, həm də uçan elektromobillərin kütləvi istehsalını təmin edəcək. XPeng qarşıdakı 20 il ərzində insanabənzər robotların inkişafına azı 6.9 milyard dollar vəsait sərf etməyi planlaşdırır. Avqust ayında şirkət avtopilot sistemlərində və öz robotlarında istifadə olunacaq öz istehsalı olan Turing AI prosessorunu təqdim etmişdi. Dördüncü səviyyəli avtonomluğa malik avtomobillərin istehsalına isə XPeng 2026-cı ildə başlayacaq.
Mənbə: Reuters / South China Morning Post
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yeni texnologiya kənar şəxsləri narahat etmədən qulaqlıqsız musiqi dinləməyə imkan verəcək
Pensilvaniya Dövlət Universitetinin alimləri yalnız müəyyən bir zonada eşidilə bilən “akustik anklavlar” yaratmağa imkan verən yeni bir texnologiya hazırlayıblar.

Elm & Texnologiya
İnsan saçından 10 000 dəfə daha nazik metal material hazırlanıb
Çinli fiziklər metalları yalnız bir neçə atom qalınlığında olan ultranazik təbəqələrə sıxmağın yolunu tapıblar. Bəzi ekspertlər hesab edirlər ki, bu nailiyyət aşağı güclü tranzistorlardan tutmuş yeni nəsil mikrosxemlərə və yüksək həssas detektorlara qədər elektron cihazların istehsal üsulunda inqilab yarada bilər.

Elm & Texnologiya
BYD elektromobillərin əsas problemlərindən birini həll edə bilib
Çinin böyük avtomobil istehsalçısı BYD, elektrik avtomobilləri üçün 1 meqavat gücündə innovativ şarj sistemini təqdim edib. Bu sistem, elektrik avtomobillərinin enerjisini benzinlə doldurmaq qədər sürətli bir şəkildə bərpa etməyə imkan verir.

Elm & Texnologiya
Alphabet holdinqi Starlink analoqunu təsis edib
Alphabet holdinqi, lazer şüaları vasitəsilə məlumat ötürmə texnologiyalarının hazırlanması üzrə ixtisaslaşan "X" innovasiya fabrikinin bir bölməsini Taara adlı müstəqil şirkətə çevirdi.

Elm & Texnologiya
Braziliyada konteyner yüklərinin sürətli daşınması üçün hyperloop magistralının inşası planlaşdırılır
Latın Amerikasında qitənin ilk vakuum magistralı (HyperPort) inşa edilə bilər. Bu sistem dəniz konteynerlərinin yüksək sürətlə ölkənin daxilinə və digər limanlara çatdırılmasını təmin edəcək.
Ən çox oxunanlar

OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb
