
İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)
Elm & Texnologiya
11.02.2025
Emil
Təkamül - Yer üzərində həyatın müxtəlifliyini formalaşdıran fasiləsiz bir prosesdir. Bu proses təbii seçmə, mutasiyalar və adaptasiyalardan ibarətdir və canlıların dəyişən mühit şərtlərinə uyğunlaşaraq sağ qalmasına və inkişaf etməsinə kömək edir. Bəzi növlər isə xüsusilə sürətli təkamül qabiliyyətinə malikdir. Məsələn, adi tarakanlar yalnız ən çətin şəraitlərə uyğunlaşmaqla kifayətlənmirlər, həm də əksər canlıların məhv olduqları yerlərdə belə yaşaya bilirlər. Bu həşəratlar zəhərlərə və dəyişən mühit şərtlərinə o qədər sürətlə adaptasiya olurlar ki, hətta ən müasir antifidantlar (birkiləri bəzən də bitki və heyvan mənşəli məhsulları zərərvericilərin yeməsindən mühafizə etmək məqsədilə işlədilən maddələr) belə bir neçə nəsildən sonra onlar üçün təsirsiz hala gəlir.

Bu çeviklik və müqavimət, təkamülün real həyatda necə işlədiyini göstərən parlaq nümunələrdən biridir. Bir çox insan hesab edir ki, insan təkamülü ya dayanıb, ya da çox yavaşlayıb. Lakin müasir araşdırmalar bu fikrin səhv olduğunu sübut edirlər. Alimlər düşünürlər ki, insan növü hələ də inkişaf edir və ətraf mühitə uyğunlaşır. Bədənimiz bu dəyişikliklərin izlərini daşıyır və bu adaptasiyalar bizim sağ qalmağımıza kömək edir. Bu nəzəriyyənin düzgünlüyünü göstərən aydın bir nümunəyə nəzər salaq. Əgər Tibet yaylasının yüksək dağlıq bölgələrinə baxsaq, təkamülün gerçək möcüzəsinə şahid ola bilərik. Burada, 3500 metrdən yüksək ərazilərdə hava insan üçün zəruri olan oksigeni özündə daha az miqdarda birləşdirir.

Əksər insanlar üçün belə şərait toxumalarda kəskin oksigen çatışmazlığından (hipoksiya) qaynaqlanan ciddi sağlamlıq problemlərinə səbəb olur. Buna baxmayaraq, 10 000 ildən çoxdur ki, burada yaşayan Tibet icmaları bu ekstremal şərtlərə uyğunlaşmağı bacarıb. Keyz Vestern Rizerv Universitetindən antropoloq Cynthia Beal və onun komandası insanın aşağı oksigen səviyyəsində necə sağ qalmağı bacardığını anlamaq üçün araşdırma aparıb. Tədqiqatlar tibetlilərin orqanizmlərinin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərib. Təkamül mexanizmləri sayəsində bu insanlar əksər insan növləri üçün yararsız olan aşağı oksigen səviyyəsinə malik mühitdə problemsiz yaşayırlar.
Məsələn:
- Tibetli qadınların qanında qeyri-adi hemoqlobin səviyyəsi aşkar edilib (hemoqlobin qanda oksigenin daşınmasına cavabdeh olan zülaldır)
- Onların qanı oksigenlə yüksək dərəcədə doymuş olub, bu isə bədənin dözümlülüyünü artırır və ürəyə düşən yükü azaldır.
Bu adaptasiya, dağlıq bölgələrin sərt şərtlərinə qarşı təkamülün qələbəsi kimi qiymətləndirilir. Tədqiqatçılar müəyyən ediblər ki, böyük yüksəkliklərə daha yaxşı uyğunlaşan qadınlar sağlam uşaqlar dünyaya gətirmə şansına daha çox sahibdirlər. Nəticədə, bu genetik xüsusiyyətlər yeni nəsillərə ötürülür və təkamül prosesi gözümüzün qarşısında davam edir. Maraqlıdır ki, oxşar adaptasiyalar dünyanın digər bölgələrində də müşahidə olunur. Məsələn, malyariyanın geniş yayıldığı ərazilərdə orqanizmində serposit anemiya genini daşıyan insanlar təbii üstünlüyə malikdirlər. Çünki onların bədənləri bu xəstəliyə qarşı daha yaxşı müdafiə olunur.

Fizioloji dəyişikliklər təkamüldə mühüm rol oynasa da, mədəni faktorlar da bu prosesə təsir göstərir. Məsələn, erkən evlənən və daha çox övlad sahibi olan qadınlar, genlərini daha çox nəslə ötürürlər. Lakin bu faktor nəzərə alınsa belə, fiziki adaptasiyalar sağ qalmanın əsas elementi olaraq qalır. Yuxarıda qeyd olunan tədqiqat birmənalı bir həqiqəti sübut edir: İnsan təkamülün dalan nöqtəsi olmayıb, çünki biz hələ də inkişaf etməkdə davam edirik. Bu dəyişikliklər çox vaxt yavaş və hiss olunmaz şəkildə baş verir. Lakin bəzi hallarda onların nəticələri açıq şəkildə görünür. Bu prosesləri anlamaq, bizim necə uyğunlaşdığımızı və inkişaf etdiyimizi daha yaxşı dərk etməyə kömək edir.

Bəlkə də gələcəyin insanının necə olacağını öncədən proqnozlaşdırmaq mümkün olacaq. Əslində, Yer üzərində həyatın ən ekstremal şərtlərə uyğunlaşmaq bacarığı heyrətamizdir. Həşəratlardan tutmuş okean canlılarına qədər müxtəlif növlər, iqlim dəyişiklikləri, fəlakətli hadisələr və digər çətinliklərə baxmayaraq sağ qalaraq inkişaf etməyə davam edirlər. İndi isə müxtəlif canlıların təkamül müqaviməti və uyğunlaşma bacarığını nümayiş etdirən bir neçə maraqlı nümunəyə nəzər salaq. Yuxarıda qeyd edildiyi kimi, tarakanlar haqlı olaraq dözümlülüyün simvolu hesab olunurlar. Bu həşəratlar Yer üzündə 300 milyondan çoxdur ki, mövcuddur və dinozavrları məhv edən fəlakət də daxil olmaqla bütün kütləvi qırğınlardan sağ çıxıblar. Onların sağ qalma sirri sürətlə dəyişən mühitə uyğunlaşmaq bacarığında gizlənir. Tarakanlar:
- 1 ay ərzində qida olmadan yaşaya bilirlər
- 1 həftə susuz qala bilirlər
- Bəzi növləri hətta başsız bir neçə gün yaşaya bilir
- Yüksək radiasiyaya qarşı müqavimət qabiliyyətinə malikdirlər
- Cəmi bir neçə nəsil ərzində zəhərlərə qarşı immunitet inkişaf etdirə bilirlər.

Bu xüsusiyyətlər tarakanları planetin ən möhkəm canlılarından birinə çevirir. Okeanın dəniz canlıları da heyrətamiz uyğunlaşma nümunələri nümayiş etdirirlər. Məsələn, dərin dəniz balıqları - ilbis balıqları və damla balıqları - çox böyük dərinliklərdə yaşamağa uyğunlaşıblar. Burada təzyiq atmosferik təzyiqdən yüzlərlə dəfə yüksəkdir. Bu canlılar aşağıdakı unikal xüsusiyyətlərə malikdirlər:
- Xüsusi tənəffüs mexanizmləri sayəsində az oksigenli mühitdə sağ qala bilirlər
- Biolüminessensiyanı (öz işığını yaymaq qabiliyyəti) inkişaf etdiriblər, bu da onlara tam qaranlıq şəraitdə ov etməyə və bir-biri ilə ünsiyyət qurmağa kömək edir
- Bədənləri ekstremal temperatur dəyişikliklərinə dözə bilir.

Mərcan rifləri və molyusklar da davamlılıq nümunələri kimi göstərilə bilər. Baxmayaraq ki, onlar suyun temperaturu və turşuluq səviyyəsindəki dəyişikliklərə qarşı həssasdırlar, bəzi mərcan növləri ağır şəraitdə yaşamağı öyrəniblər. Onlar mikroyosunlarla simbiotik əlaqələr quraraq, işıq çatışmazlığı olan mühitlərdə belə enerji əldə edə bilirlər. Şibyələr də möhtəşəm dözümlülük nümunələrindən biridir. Onlar şiddətli soyuqda, quraqlıqda və hətta kosmosun sərt şəraitində sağ qala bilirlər.

Şibyələr minimal resurslardan enerji almağın yollarını tapıblar, bu da onlara Yer kürəsinin ən əlverişsiz yerlərində, o cümlədən Arktika səhralarında və yüksək dağ qayalarında yaşamağa imkan verir. Ekstremofillər kimi mikroorqanizmlər isə əksər canlılar üçün ölümcül sayılan mühitlərdə yaşamağa qadirdirlər. Onlar qaynar bulaqlarda, turşulu göllərdə, sualtı vulkanların yaxınlığında və hətta Antarktida buzlaqlarında mövcuddurlar. Bu canlılar biokimyəvi prosesləri sayəsində ekstremal temperatur, təzyiq və turşuluq səviyyələrinə dözə bilirlər.
Mənbə: Science Alert
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
2100-cü ilə qədər Arktika qlobal istiləşmə səbəbilə tanınmaz hala gələcək
2024-cü ildə planetin orta illik temperaturu ilk dəfə olaraq sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 1.5 dərəcə Selsidən çox artdı. Bu, Sahara səhrasında rekord səviyyədə yağıntılar və daşqınlar, eləcə də bütün dünyada anormal dərəcədə isti yay kimi ekstremal hava hadisələrinə səbəb oldu.

Elm & Texnologiya
Yer kürəsinin 2032-ci ildə asteroidlər toqquşma ehtimalı 2 dəfə yüksəlib
2024 YR4 adlı asteroid ilə bağlı aparılmış yeni müşahidələr onun trayektoriyası haqqında daha çox məlumat toplamağa imkan verib. Əlavə məlumatlar alimləri bu göy cisminin Yer kürəsi ilə birbaşa toqquşması ehtimalını artırmağa vadar edib.

Elm & Texnologiya
Təcrübi müalicə üsulu son mərhələdə olmuş böyrək xərçənginin öhdəsindən gələ bilib
Alimlər üçüncü və dördüncü mərhələdə olan böyrək xərçəngi xəstələri üzərində sınaqdan keçirilmiş təcrübi fərdiləşdirilmiş peyvəndin ilk klinik tədqiqatının nəticələrini təqdim ediblər.

Elm & Texnologiya
Alimlər qida qəbulunu dayandıran neyronları kəşf ediblər
Məlumdur ki, bəzi neyronlar yalnız insanın yediyi qidanı qavramaqla məhdudlaşır - yəni qida ağız, mədə və ya bağırsağa daxil olduqda aktivləşirlər. Lakin Kolumbiya Universitetinin alimləri beyin kötüyündə xüsusi neyronlar aşkar ediblər.

Elm & Texnologiya
Omeqa-3-ün bioloji yaşlanmanı ləngitdiyi məlum olub
Alimlər İsveçrədən olan yaşlı insanların iştirak etdikləri bir təcrübənin nəticələrini təqdim ediblər. Tədqiqat omeqa-3 tərkibli əlavələrin qəbulu ilə bioloji yaşlanmanın həqiqətən də yavaşladığını təsdiqləyib. Bu müsbət dəyişikliklər epigenetik göstəricilər əsasında sübut edilib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
