Logo
    main-post-cover

    İnsanlar hələki süni zəkanın necə çalışdığını anlamırlar

    Kompüter tətbiqləri necə çalışırlar? Onlarda müəyyən proqramlaşdırılmış qərarlar var. Məhz buna görə həmin tətbiqlərin qərarları öncədən hesablanmışdır. Söhbət süni zəkadan gedirsə vəziyyət tamamilə başqa hal alır. Hətda bu cür sistemlərin yaradıcıları belə bilmirlər ki, kompüter hansı prinsipə əsasən bu və ya digər qərarı qəbul edəcək. The Verge saytının redaktoru James Vincent bu cür problemlərin yaranma sabəblərini və onların həll yollarının olub-olmadığı haqqında araşdırma aparıb. Öyrədilməsi mümkün olan kompüter tətbiqləri 99% hallarda düzgün cavab verməyə qadirdirlər. Bu cür göstərici təqdirə laiqdir. Lakin o vəziyyətə kimi ki, bu hal insan həyatı üçün təhlükə yaratsın. Buna misal olaraq bir neçə müddət bundan öncə Tesla avtomobili ilə baş vermiş hadisəni gətirmək olar. Belə ki, test yürüşü zamanı avtomobilin avtopilot sistemində problem yaranaraq idarəetmə itirilmiş və qəza nəticəsində sürücü öz həyatını itirmişdir. Təbii ki, Tesla mütəxəssisləri avtopilot sisteminin hansı səbəbə görə nasazlıq yaratdığını öyrənərək onu gələcəkdə aradan qaldırmağa çalışacaqlar. Lakin bu o demək deyil ki, avtopilot sistemi bir daha problem yaratmayacaq. Virciniya ştatı Politexnik Universitetinin professoru Dhruv Batra-nın fikrincə insanların təmənnasız şəkildə avtomatlaşdırılmıış zəkaya güvənmələri hələ tezdir. O hələ 100%-lik dəqiq qərar qəbul etmə xüsusiyyətinə sahib olmaq üçün yetərincə inkişaf etməyib. Bu fikri Batra-nın tələbələri tərəfindən keçirilmiş maraqlı təcrübə təsdiq edir.
    Müşahidəçilər adi insanlara və süni zəka sistemlərinə müxtəlif fotolar göstərərək onlar ilə bağlı suallar vermişdilər. Bununla yanaşı müşahidəçilər insanın və süni zəkanın ilk öncə nəyə fikir verdikılərini qeyd ediblər. Məsələn insana yataq otağı şəklini göstərib ona pəncərənin önünü nəyin bağladığı sualı verilsə insan ilk öncə pəncərəyə baxacaq. Kompüter sistemləri isə hansısa səbəbə görə ilk öncə pəncərəyə deyil çarpayıya fikir veriblər. Bəlkə də süni zəka çarpayını mərkəzi və əsas obyekt hesab edir. Məhz buna görə o çarpayıya daha çox diqqət ayırır. Təbii ki, insan ilk dəfədən pəncərənin önünü pərdənin tutduğunu söyləyərək düzgün cavab verəcək. Lakin prioritetləri düzgün şəkildə nizamlamayan kompüter tamamilə səhv cavab verə bilər. Həmin nəticə pişik fotosundada özünü göstərmişdir. İnsanalara pişiyin gözlərinin hansı rəngdə olduğu sualı veriləndə onlar ilk öncə pişiyin üzünə diqqət yetirirdilər. Bəzi kompüter sistemləri isə gözlərin axtarışında olarkən pişiyin bütün bədənini skan edirdilər. Batra güman edir ki, süni zəkanın korrekt edə bilmə səviyyəsi onun nə dərəcədə düzgün öyrədilməsi prosesindən asılıdır. Lakin hər-halda kompüter alqoritmləri cavabları həyat təcrübəsi və intuisiya əsasında deyil, məlumatlar bazasındakı məhdudlaşdırılmış şablonlar əsasında seçir. Microsoft şirkətinin baş icraçı direktoru Satya Nadella güman edir ki, süni zəka sistemlərinin yaradılmasında əsas faktorlardan biri şəffaflıqdır. Onun sözlərinə əsasən elə davranmaq lazımdır ki, insan bu texnologiyanın necə çalışıdığını və hansı üsul ilə dünyanı incələdiyini bilsin. Nadella-nın fikrincə beləliklə insanlar zəkalı kompüterlər yarada bilərlər. Bundan əlavə olaraq onlar da insan kimi dünya haqqında təsəvvürlərə sahib olacaqlar. Bu cür texnologiyaların yaradılması üçün isə külli miqdarda vəsait və vaxt lazımdır. İnsanlıq artıq uzun illərdir ki, süni zəkanı arzu edir. İnsana xas olan qərarları qəbul edən zaman texnika kimi düşünmək və ona qərar qəbul etmək üçün səlahiyyət vermək yaxşı variantlardan biri deyil.
    Paylaş
    Bənzər xəbərlər