main-post-cover

    İnsanların fotolarını incələyərək onların seksual orientasiyasını təyin edən süni zəka yaradıldı

    Elm & Texnologiya
    08.09.2017
    Emil Nəcəfov

    Bir neçə müddət bundan öncə Stenford Universitetində keçirilmiş tədqiqat çərçivəsində insan üzlərinin 35000-dən çox fotoları analiz olunub.

    Həmin analiz nəticəsində xüsusi alqoritm yaradılıb hansı ki, insanın hansı seksual orientasiyaya sahib olduğunu yüksək dəqiqliklə təyin edə bilir. Bundan əlavə olaraq alimlər həmçinin orientasiya özəlliyinin, doğuşdan və ya sonradan əldə olunmuş bir xüsusiyyət olduğunu aydınlaşdırıblar. Yaradılmış süni zəka, bir fotonu incələmə sayəsində 81%-lik dəqiqliklə kişi cinsi şəxsin hansı seksual orientasiyaya sahib olduğunu təyin edir. Qadınlarda isə bu göstərici 74% təşkil edib. Lakin hansısa şəxsin üzünün 5 fotosu incələndikdə kişilərdə bu göstərici 91%, qadınlarda isə 83%-ə kimi qalxır. Canlı insanlar isə seksual orientasiyanı 61% dəqiqliklə kişilərdə, 54% dəqiqliklə isə qadınlarda təyin edə biliblər. Tədqiqat və süni zəkanın təlimi üçün Michal KosinskiYilun Wang, tanışlıq saytlarında olan istifadəçilərin fotolarından istifadə ediblər.

    Çoxlu sayda fotolardan əlavə olaraq onlar həmçinin həmin insanların səhifələrindəki seksual üstünlükləri də incələyiblər. Daha sonra onlar, süni zəkadan istifadə edərək hər bir qrupa xarakter olan üz ifadələrini çıxardıblar. Məlum olub ki, homoseksual kişilər görünüşcə daha çox qadına bənzəyirlər və daha çox ensiz çənə quruluşuna, uzun saçlara və daha böyük alına sahibdirlər. Ənənəvi orientasiyaya sahib olmayan qadınlar isə əksinə daha böyük çənə və daha kiçik alın quruluşuna sahibdirlər. Tədqiqatçılar güman edirlər ki, qadınların seksual orientasiyalarının təyinindəki aşağı uğurluluq göstəricisi onunla bağlıdı ki, qadınların seksual orientasiyaları, kişilərdən fərqli olaraq daha az gözə dəyir. Nəhayət alimlər təyin ediblər ki, seksual orientasiya, doğuş zamanı müəyyən hormonların təsiri ilə əlaqəlidir. Yəni, başqa sözlə desək, müəyyən vaxtdan sonra homoseksual olmurlar. Homoseksual, doğuşdan gələn bilir özəllikdir.

    Linki kopyala