Logo
    main-post-cover

    İnsayderlər: 'Sony yeni portativ oyun konsolu üzərində çalışır'

        Vaxtı ikən PSP adlı oyun konsolunu satışa çıxartmaqla Sony şirkəti portativ oyun konsolları sahəsində uğur qazanmışdı. Nəticədə şirkət bu sahədə öz uğurunu təkrarlamağa çalışdı və PS Vita adlı növbəti portativ oyun konsolunu satışa çıxartdı. Lakin PS Vita tam bir uğursuzluq oldu və Sony özünü portativ oyun konsolları sahəsində bir daha sınamamaq qərarına gəldi. Oyun sənayesində olan məşhur insayderlərdən biri olan Jeff Grubb-ın vermiş olduğu məlumata əsasən Sony özünü portativ oyun konsolları sahəsində bir daha sınamaq istəyir və bu istiqamətdə yeni cihaz üzərində çalışır.
        Digər məşhur insayder olan Tom Henderson da eyni məlumatı verib. Jeff Grubb-ın təqdim etmiş olduğu məlumata əsasən Sony hal hazırda yeni portativ oyun konsolu üzərində çalışır. Lakin çətin ki, bu, PS Vita 2 olsun. İnsayder bildirib ki, hazırlanman yeni portativ oyun konsolunun əsas fərqli cəhəti oyunların bulud texnologiyası vasitəsilə işə salınması olacaq. Tom Henderson da bu məlumatları təsdiqləyib və bildirib ki, yeni portativ oyun konsolunun prototipinin adı Q Lite-dır.
        Henderson-un sözlərinə əsasən o, oyunları saniyədə 60 kadr sürətlə (60 fps) 1080p keyfiyyətində işə salmaq imkanını verəcək. Konsolun özü isə Remote Play texnologiyası əsasında çalışacaq. Burdan da belə qənaətə gəlmək olar ki, söhbət, Steam Deck və ya Nintendo Switch kimi portativ və ya hibrid oyun konsolundan getmir. Çox güman ki, Sony Playstation 5 oyunlarını distant şəkildə işə salmağa qadir cihaz üzərində çalışır.
    Paylaş
    Bənzər xəbərlər