
InSight kosmik aparatı Mars planetindən ilk selfi fotosunu göndərib
Elm & Texnologiya
27.11.2018
Emil
Dünən gecə NASA-nın InSight kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş etmişdi. Bugün isə kosmik aparat Yer kürəsinə ilk selfi fotosunu göndərib. Göndərilmiş fotoda Elysium Planitia adlı düzənlik əks olunub. Bu düzənlik quyu qazılması və digər tədqiqat işlərinin aparılması baxımından InSight üçün əlverişli zonadır. Uğurlu enişdən sonra uzunmüddətli kosmosda səyahət və sürətli eniş zamanı kosmik aparatın heç bir hissəsinin zədələnmədiyinə əmin olmaq üçün InSight-a bir neçə müddət vaxt lazım olub. İlk selfi foto ilə birgə göndərilmiş məlumatlar onu göstərir ki, kosmik aparat öz günəş panellərini uğurlu şəkildə aktivləşdirib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
