main-post-cover

    NASA InSight kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib

    Elm & Texnologiya
    26.11.2018
    Farid Pardashunas
        “6 dəqiqəlik qorxu” gözləntisi NASA əməkdaşları üçün xoşbəxt sonluqla bitib. Belə ki, NASA-nın InSight adlı kosmik aparatı uğurlu şəkildə Mars planetinin səthinə eniş edib. InSight adlı kosmik aparat bu ilin 5 may tarixində NASA Discovery missiyası çərçivəsində Yer kürəsindən Mars planeti istiqamətinə göndərilmişdi. 26 Noyabr tarixində isə kosmik aparat planetin atmosferinə daxil olmuşdu. Kosmik aparatın nəticə etibarilə Mars planetinin səthinə enişi çox qəliz şəkildə reallaşdırılıb.
        Belə ki, 16 km yüksəklikdə aparatın 12 diametrlik paraşut sistemi işə düşüb və daha sonra aparat öz qoruyucu panelindən (kosmik aparatı qızmadan qoruyan hissə) azad olub. Məlumata əsasən eniş prosesi zamanı aparatın temperaturu 1000 dərəcə təşkil edib. Bir qədər sonra isə kosmik aparat öz dayaq hissələrini işə salıb və onların üzərində eniş etməyi bacarıb. Qeyd etmək lazımdır ki, InSight son 2 ildə Mars planetinin səthinə eniş etmiş ilk aparat olub. 2016-cı ilin yaz fəslində Mars planetinin səthinə digər kosmik aparat olmuş Schiaparelli eniş etməyə çalışmışdı. Lakin onun enişi uğursuz olmuşdu.

        InSight kosmik aparatının uğurlu enişindən 15 dəqiqə sonra aparat NASA-ya ilk fotonu göndərib. InSight seysmoloji aktivliyin ölçülməsi üçün SEIS adlı cihaz ilə təchiz olunub. Bu cihaz sayəsində InSight Mars planetinin səthində olan seysmoloji aktivliyi təyin edəcək və adi seysmoloji aktivliyi meteroitlərin planetin səthinə düşmələri zamanı yaranan seysmoloji aktivlikdən ayıra biləcək. Kosmik aparatın əsas məqsədi isə planetin səthində 5 metrlik quyu qazma prosesi olacaq. Bunun üçün o, lazımi avadanlıqla təchiz olunub. Lazımi dərinlikdə quyunun qazılması ilə Mars planetinin qabığını, mantiyasını və nüvəsini tədqiq etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər