
iOS 11.4.1 yayımlandı: iOS 12'dən əvvəlki son yenilənmə budur
Elm & Texnologiya
10.07.2018
Apple daha əvvəl də dediyimiz kimi iOS 12'ə fokuslanmaq istəyir. Bu səbəbdən iOS 11 üçün yayımlanan yenilənmələri artıq dayandıracaq. Son yenilənmə olan iOS 11.4.1, 5 Beta versiyadan sonra stabil olaraq yayımlandı. Bu versiyanın ən böyük fərqi performans və stabilliyi artırmasıdır.
iOS 11.4.1 ilə Find My iPhone və cihazlarda aktiv olan akkountlar arası kontakt, mail sinxronizasiya problemləri həll oldu. Performans/stabillik artacaq.
Yenilənmənin həcmi 250 MB-dir və iOS 11 üçün yayımlanan son yenilənmə olacaq. Apple bütün software/dev komandasını iOS 12-ə fokuslamaq istəyir. Həmçinin watchOS 4.3.2, tvOS 11.4.1 və HomePOD 11.4.1 yenilənmələri də yayımlandı.
Dəstəkləyən cihazlar:
iPhone 5S/SE, iPhone 6/6S/6 Plus/6S Plus, iPad Air/Air 2/Pro/9.7, iPad Mini 2/3/4, iPhone 7/7 Plus, iPhone 8/8 Plus, iPhone X
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...