iOS 12 ilə dəyişən və təkminləşən 5 funksiya

iOS 12 ilə dəyişən və təkminləşən 5 funksiya

Texnologiya
29.06.2018 PAYLAŞIM

Sentyabrda stabil versiyası çıxması planlanan iOS 12 bildiyimiz kimi 3-4 gün əvvəl Public Beta olaraq hərkəs üçün yayımlanmışdı. Yükləmək üçün əvvəlcə bu məqaləni oxuyun. Bu versiyanın ən əsas xüsusiyyəti iOS 11'dəki problemləri aradan qaldırmaq və iOS'un adına yaraşan stabilliyi təmin etməkdir. Əlavə olaraq iOS 12 ilə bir sıra yeniliklər də gələcək. Ən gözlənilən və sevəcəyiniz 5 funksiyanı cəmlədik.

1. Yeni və təkminləşdirilmiş AR dəstəyi gələcək.    

Bənzər xəbər


Bu funksiya ilə kamera vasitəsilə ətrafdakı cisimləri ölçə biləcəksiniz. Kamera cismi skan etdikdən sonra 3D format da cisim ekrana yansıdılacaq və ölçüləri göstəriləcək. ArKit 2.0 olaraq adlanacaq bu proqram dəstəyi ilə gerçəklik texnologiyası Apple cihazları tərəfindən daha yaxşı mənimsəniləcək.

2. Bildirimlər artıq ayrı-ayrı göstərilməyəcək. Android'də olduğu kimi cəmlənəcək.    

iOS-un ən mənfi cəhətlərindən biri proqramlardan gələn bildirimlərin tək-tək göstərilməsi idi. Bu bildirimləri oxumağı bir xeyli qarışıq və çətin bir hala gətirirdi. İndi isə artıq eyni proqram və ya eyni şəxslərdən gələn bildirimlər tək-tək yox, cəm şəklində toplanacaq. Ekranı sağa-sola sürüşdürərək hər bildirimə baxa biləcəksiniz.

3. Batareya analizi: Hansı proqramın nə qədər batareya işlətdiyinə baxmaq mümkün olacaq.    

iOS sistemində batareyaya çox müdaxilə etmək olmurdu. 12-ci versiya ilə işlər görünür ki, yavaş-yavaş dəyişir. Artıq hansı proqramın daha çox batareya istifadə etdiyinə baxmaq mümkün olacaq. Həmçinin ekranın nə qədər müddət sönülü olduğunu və açıq olduğunu da görmək mümkün olacaq. 

4. CarPlay dəstəkli maşınlarda artıq Apple Maps məcburiyyəti aradan qalxır. Google Maps istifadəsi mümkün olacaq.    

CarPlay dəstəkli maşınınız varsa, sadəcə Apple Maps istifadə edə bilirsiniz. iOS 12 ilə bu məcburiyyət aradan qalxır və Google Maps seçimi daxil olur. Başqa xəritə proqramlarına da icazə verilib verilməyəcəyi bəlli deyil, lakin Google Maps olması bir çox istifadəçiyə mükəmməl alternativdir.

5. Apple Photos artıq daha çox kateqoriyaya malik olacaq. Qaleriyadan şəkilləri tapmaq asandlaşacaq.    

Photos proqramı iOS tərəfində çox istifadə edilməsinə baxmayaraq, çox sadə interfeysə malikdir. Hətta kateqoriyalar belə yox dərəcəsindədir. iOS 12 ilə birliktə kateqoriyalar funksiyası gələcək və çəkdiyiniz şəkilləri tarixə/zamana/çəkilmə məkanına və s. kimi kateqoriyalara ayırmaq mümkün olacaq. Bunun hesabına köhnə şəkilləri qaleriyadan tapmaq daha asand bir hal alacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×