main-post-cover

    iOS 12 Public Beta yayımlandı: Artıq hərkəs yükləyə bilər

    Elm & Texnologiya
    27.06.2018
    Nijat Hamid
    Apple şirkətinin ən önəmli markalarından biri olan iOS 12 WWDC 2018 konfransı zamanı tanıdılmış və Developer versiya olaraq yayımlanmışdı. Yəni standart istifadəçilər bu versiyanı elə də asand yükləyə bilmirdi. İndi isə iOS 12 Public Beta olaraq yayımlandı və verəcəyimiz linkdən qeydiyyatdan keçərək yükləyə bilərsiniz.
    1.  İlk öncə Beta istifadə proqramına qatılmalısınız. Bu linkə keçid edərək qeydiyyatdan keçin.
    2. Sonra iTunes-ə girərək telefonu Backup edin. Yəni hal-hazırkı versiyanın kopyasını hazırlayırsız. Hər hansı bir xəta zamanı və ya iOS 12-dən razı qalmayıb əvvəlki versiyaya qayıtmaq istəsəniz bu Backup lazım olacaq.    
    3. Telefona Beta proqramı üçün açdığınız qeydiyyat ilə daxil olun.
    4. Sonra ayarlara girib sistem yenilənmələrinə daxil olun. Bir müddət sonra iOS 12 Public Beta yükləmək üçün hazır olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər