iOS istifadəçiləri tətbiqlərə Android istifadəçilərdən daha çox pul xərcləyirlər
Elm & Texnologiya
09.07.2018
Farid Pardashunas
Apple istifadəçiləri Android
istifadəçilərdən fərqli olaraq online mağazalardakı tətbiqlərə daha çox pul xərcləməyə
hazırdırlar. Bu cür nəticəyə App Annie saytı gəlib. Xəbər verilir ki, Android əməliyyat
sisteminin bazardakı payı iOS-i üstələməsinə baxmayaraq tərtibatçılar öz tətbiqlərini
ilk öncə iOS üçün çıxartmağa çalışırlar. App Annie saytının hesablamalarına əsasən
Android bazarın 80%-ni əhatə edir. 2017-ci ildə isə bütün tətbiq yükləmələrinin
70%-i Google Play Store-un payına düşüb.
Bununla belə App Store bütün tətbiq
yükləmələri üzərindən gəlirin 66%-ni əldə edib. Tədqiqatçılar həmçinin son 5 il
ərzində hər iki servisdə tətbiq satışının statistikalarını da təqdim ediblər. Nəticənin
bu cür alınmasının dəqiq səbəbi açıqlanmayıb. Güman olunur ki, Apple
cihazlarının qiymətləri baha olduğundan onların alıcıları online mağazada tətbiq
alışı üçün pul xərcləməyi özləri üçün adi bir proses hesab edirlər. Digər tərəfdən
bazarda çoxlu sayda büdcəli Android smartfonlar var. Onların istifadəçiləri
həmin cihazların baza funksiyaları ilə yetinirlər və pullu tətbiqlərə ehtiyac
duymurlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ