Logo
    main-post-cover

    iPhone 7, Avropa bazarında satış rekordu qırdı

    iPhone 7, Avropada ilin ən çox satılan smartfonu oldu!

    "Apple”, ağıllı telefon bazarındakı satış rəqəmləriylə liderliyini davam etdirərkən, hissə dəyərlərini artıraraq yüksəlişinə davam edir. Qlobal miqyasda bazara təqdim edilən ağıllı telefonların satış məlumatlarını araşdıran Kantar Worldpanel tərəfindən hazırlanan yeni bir hesabat, "Apple”ın flaqman telefonu iPhone 7-nin İspaniya, Çin və Yaponiya xaricindəki bölgələrdə olan firması, "Apple” üçün yeni bazar payı qazandırmağa davam etdiyini göstərir. Şirkətin Yanvar ayı etibarilə dəqiqləşən üç aylıq hesabatı, həm Android, həm də Windows Mobile kimi rəqiblərinin olduğu ABŞ bazarında ümumi qazancın 42 %-ni əldə etdi. Avropanın ən aktiv ilk beş bazarında firma, 2,4 ballıq yüksəliş əldə edərək  22,7%-lik  paya çatdı. Bununla birlikdə çox daha ucuz telefon satışılarının Avropada daha üstün bir bazar payına sahib olduğunu da ifadə etmək lazımdır.
    Hesabatda iPhone 7, "İngiltərə, Fransa və Almaniyada ən çox satan cihaz” adını qazanmasına baxmayaraq "Apple”, bazar paylarındakı  davamlı mənfəət haqqında narahatdır. "Apple”ın payının azaldığı tək Avropa ölkəsi isə İspaniyadır. Avstraliyada "Apple”ın payı, ABŞ-dakı satış nisbətindən  bir az daha yüksək bir nisbətə çataraq 42,4%-lik bazar payı əldə etdi. Şirkət, ağıllı telefon bazarında qazancın böyük əksəriyyətini toplamağa davam edir. Çindəki əhali və çox dəyişən demoqrafik xüsusiyyətlər əsas alındıqda, bazardakı ümumi payının yüzdə 8,4 nisbətində azalması, 2-ci və 3-cü təbəqədə olan şəhərlərdə tutulan satışın təsirində deyil. "Apple”, Çinin uzaq sahələrində belə lider mövqeyindədir. "Apple”ın payı ötən il Yaponiyada da biraz azaldı, ancaq buna baxmayaraq yüzdə 49.5 ilə ən yüksək bazar payına sahibdir. Görünüşə görə "Apple”, Asiya bazarında bu il Hindistan üçün xüsusi bir plan tətbiq edəcək, çünki şirkət bir tək o bazardan istədiyini ala bilmir. Bu il çıxacaq iPhone 8 ilə "Apple” istədiyini əldə edib-etmədiyini  birlikdə görəcəyik.
    Paylaş
    Bənzər xəbərlər