
iPhone 7, yeni odlu testdən keçdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Mobil telefonlar üzərində edilən müxtəlif təcrübələr həqiqətən də böyük marağa səbəb olur.
Bundan əlavə həmin təcrübələr bu və ya digər mobil cihazın mənfi
və müsbət cəhətlərini təyin etmək də köməklik edir. TechRax adlı məşhur
videoblogger öz yeni videosunda iPhone 7 modelini qaz odluğu vasitəsilə test
edib. Videobloggerin verdiyi məlumata görə təcrübə üçün o, çox güclü qaz
odluğundan istifadə edib. Bu cür qaz odluqları əsasən kiçik qaynaq, qızdırılma
və digər metal emalı işlərində istifadə olunur. Həmin qaz odluğu vasitəsilə
iPhone 7, 2000 dərəcəyə kimi qızdırılıb. İlk öncə videoblogger, içərisində Coca-Cola içkisi olan dairəvi şüşə qabını test edib. Daha sonra növbə iPhone 7-ə
çatıb. Təbii ki, iPhone 7 sözügedən testi keçməyərək yararsız hala düşüb.
iPhone 7-nin bu cür testi əsl internet fenomeninə çevrilərək bir neçə gün ərzində
milyon baxış sayını keçib. Lakin bəziləri bu cür testləri qəbul etmirlər. "Əgər
sonradan məhv olunacaqsa onda nəyə görə bu bahalı telefonlara vəsait xərclənir.
Onun yerinə həmin vəsaiti, yardıma ehtiyacı olan uşaqlara vermək daha yaxşı
olardı” – deyə istifadəçilərdən biri videoya öz şərhini bildirmişdi.
Paylaş
Bənzər xəbərlər