main-post-cover

    iPhone SE'nin davamçısı bu il satışa çıxa bilər

    Elm & Texnologiya
    05.04.2019
    Farid Pardashunas
        iPhone SE smartfon modelinin satışa çıxmasından 3 il keçib. Sözügedən smartfon ilk dəfə 2016-cı ilin 21 mart tarixində təqdim olunmuşdu. Son məlumatlara əsasən isə Apple şirkəti artıq bu smartfonun davamçısı üzərində çalışır və onun adı iPhone XE olmalıdır. Şayiələrə əsasən iPhone SE-nin davamçısı bu ilin 3-cü rübündə satışa çıxacaq. Bu barədə Macdigger saytı xəbər verib. PCtablet saytı Foxconn şirkətinin Hindistandakı şöbəsində olan mənbələrinə istinadən xəbər verib ki, iPhone XE modeli iPhone XiPhone XS modellərinin dizaynlarını, Face ID texnologiyasını və üzərində çıxıntı hissəyə sahib olacaq 4.8 düym ekranı özündə birləşdirəcək.

        Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPhone XE modeli çərçivəsiz dizayna sahib olacaq. Beləliklə o, Home düyməsi və Touch ID texnologiyasından məhrum olacaq. Smartfonun arxa paneli alüminium materialdan hazırlanacaq. Buna görə də onda naqilsiz şarj texnologiyasının olacağını gözləmək lazım deyil. Məlumatda qeyd edilib ki, iPhone SE-nin davamçısı f/1.8 diafraqmalı 12 MP-lik arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, iPhone XR modeli də bu cür kamera moduluna sahibdir.
        Smartfonun əsas texniki göstəriciləri barəsində çox məlumat yoxdur. Lakin görünür, o, Apple A12 Bionic prosessoruna sahib olacaq. Smartfonun bu cür göstəricilərini nəzərə alsaq, güman etmək olar ki, onun qiyməıti 600-800$ təşkil edəcək. Təbii ki, smartfonun qiyməti onun sahib olacağı daxili yaddaş həcmi göstəricisindən asılı olaraq dəyişəcək. Güman olunur ki, iPhone XE-nin istehsalı ilə Apple şirkətinin Hindistandakı partnyoru Wistron şirkəti məşğul olacaq. Belə ki, Foxconn şirkəti flaqman iPhone modellərinin istehsalı ilə məşğul olacaq. Ənənəvi olaraq Apple şirkəti bu cür şaiyələrə fikir bildirmir. Buna görə də yayılmış bu məlumatın düzgün olub-olmadığını söyləmək çətindir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər