main-post-cover

    iPhone X-ə Windows 10 əməliyyat sistemi quruldu (Video)

    Elm & Texnologiya
    06.04.2020
    Nijat Hamid
            Virtual Machine və ya Virtuallaşdırma proqramları bir əməliyyat sistemi üzərində başqa bir əməliyyat sistemini qurub istifadə etməyə imkan verən proqramlardır. iPhoneiPad-lər üçün xüsusi hazırlanan UTM adı verilən virtuallaşdırma proqramı ilə bu cihazlara iOS-dan başqa Windows Linux ƏS-lərini qurmağı mümkün edir. Hacking Jules Youtube kanalı bu proqramı istifadə edərək iPhone X-ə Windows 10 ƏS-ini yükləyə bildi. 

    UTM virtuallaşdırma proqramı ilə Apple iPhone X-ə Windows 10 əməliyyat sistemi quruldu.

            Videodan göründüyü kimi iPhone X-ə yüklənilən Windows 10 çox yavaş işləyir. Windows-un əsas hissələri olan File Explorer (Fayl bələdçisi) Ayarlar kimi bölmələrə girdikdə 30 saniyə gözləmək lazım olur. Qeyd edək ki, əməliyyat sistemi iPhone X-də tamamilə işləyə bilir. Hətta PaintOffice proqramları da açılır. Lakin biraz gözləmək lazım olur.     
            İşin zəhmətli tərəfi isə odur ki, iPhone X-ə Windows 10-u yükləmək 2 saat qədər bir vaxt alır. Lakin Windows 10-un standart bir komputerə yüklənmə vaxtı isə 20-30 dəqiqə arası dəyişir. Apple tərəfindən SandCastle proyekti kimi məhkəməyə veriləcəyini düşündüyümüz üçün yükləmə linklərini və quraşdırılma təlimatlarına xəbərimizdə yer vermirik. SandCastle proyekti iPhone-lara Android yüklənilməsini mümkün edən proyekt idi və Apple tərəfindən məhkəməyə verildi.
    Linki kopyala