
iPhone X-in Face ID texnologiyasının çalışmaması və digər şirkət təqdimatlarındakı uğursuz vəziyyətlər (VİDEO)
Elm & Texnologiya
17.09.2017
Emil
iPhone X-in təqdimatı çərçivəsində cihaz ilə baş vermiş
kiçik uğursuzluq, son günlər internetdə ən çox müzakirə olunan mövzulardan biri
oldu. Belə ki, həmin təqdimat zamanı smartfonun əsas özəlliklərindən biri olan
Face ID texnologiyası, işə düşmədi. Əslində isə bu, şirkət təqdimatlarında baş
vermiş ilk uğursuz hal deyil. Bu cür hadisələr ilə “Microsoft”, “Volvo”,
“Samsung” və s. kimi şirkətlər də qarşılaşıblar. Biz isə sizlərə şirkət təqdimatları
zamanı baş vermiş ən maraqlı uğursuz anları təqdim edirik.
iPhone X-də işə düşməyən Face ID texnologiyası:
Təqdimat zamanı smartfonun işini sərgiləmək üçün iPhone X-i, əlinə götürmüş Craig Federighi bildirmişdi ki, cihazı blockdan çıxartmaq, ona baxmaq qədər asandır. Lakin blockdan çıxma əvəzinə smartfonun ekranında PIN şifrənin doldurulması sahəsi peyda oldu. Craig yenidən smartfonu, blockdan çıxartmağa cəhd etdi və onda alındı.
iPhone 4-də yoxa çıxmış şəbəkə:
iPhone X ilə baş vermiş hadisə, “Apple” tarixində bir ilk deyil. Belə
ki, 2010-cu ildəki təqdimat zamanı Steve Jobs, bütün cəhdlərə baxmayaraq iPhone
4-dəki Safari brauzerində The New York Times saytının səhifəsini yükləyə bilməmişdi.
Sonradan isə məlum olmuşdu ki, Wi-Fi şəbəkəsi, çoxlu sayda cihazın qoşulması nəticəsində
yüklənməyə dözə bilməmişdi.
Donmuş Microfot Surface:
5 il bundan öncə orijinal Microfot Surface planşetinin təqdimatı
zamanı, cihaz, şirkətin meneceri Steven Sinofsky-nin əlində donmuşdu. O,
planşetin özəlliklərini sərgiləməyə çalışırdı. Lakin cihaz, əl ilə toxunuşlara
heç bir reaksiya vermirdi. Şirkət təmsilçisi, təqdimatı davam etdirmək üçün
ehtiyyatda olan planşetdən istifadə etməli olmuşdu.
“Samsung”un
təqdimatından qaçmış rejissor Michael Bay:
2014-cü ildə Las Veqasa keçirilmiş CES tədbiri çərçivəsində “Samsung” şirkəti, əyilmiş
ekrana sahib yei televizoru təqdim etmişdi. Həmin təqdimata məşhur rejissor
Michael Bay (“Transformers”
film seriyası) dəvət olunmuşdu. Onun nitqi zamanı, rejissorun, mətni oxuduğu
ekran çalışmaz vəziyyətə düşdü. Bu halda o öz çıxışına davam edə bilmədiyi üçün
səhnədən qaçmışdı.
Volvo avtomobilinin işə düşməyən tormoz sistemi:
2010-cu
ildə “Volvo” şirkəti,
S60 adlı modeldə avtomatlaşdırılmış tormoz sistemini sərgiləmək istəyirdi.
Lakin nəticədə avtomobil, yük maşını ilə qəzaya uğramışdı.
Həmin hadisədə xəsarət alan olmasa da, 2015-ci ildəki hadisə
elə də qənaətbəxş olmadı. Belə ki, həmin təqdimatda şirkət, jurnalistlərə XC60
modelinin, Self-parking Assist sistemi vasitəsilə avtomatik park etmə üsulunu sərgiləmək
istədir. Nəticədə avtomobil sürət yığaraq iki nəfəri vurdu.
“Boston Dynamics”in "içkili" robotu:
Bu ilin İyun ayının sonunda, elmin gələcək iderləri
konqresində “Boston Dynamics”
şirkəti öz robotlarının özəlliklərinin təqdimatını aparmışdı. Təqdimat ərzində
Atlas adlı robot bütün tapşırıqları yerinə yetirdi. Lakin təqdimatın sonunda o,
səhnədən aşağı yıxıldı. Sonradan məlum oldu ki, təqdimatın sonunda Atlas üzrəində
idarəetməni operator öz üzərinə götürmüşdü. Lakin robotu səhnəyə çıxaran zaman
o, bilmədən projektora toxunmuşdu.
Windows 98-də göy rəngli ölüm ekranı:
Comdex adlı tədbirdə Windows 98-in USB plug and play
funskiyasını sərgiləmək istəyən Bill Gates, kompüterə skaner qoşmuşdu. Lakin
bundan sonra sistemdə hansısa nasazlıq yaranmış və hamı o məşhur BSOD
adlı (başqa sözlə göy rəngli ölüm ekranı) problemi görmüşdü. Bill həmin vaxtda hətta
zarafat da etmişdi ki, məhz bu problemə görə Windows 98 hələ satışa çıxmayıb.
Ana yerinə xala:
Daha bir uğursuz hal, Windows Vista-nın, nitqi təyin etmə funksiyasını sərgiləyən zaman
baş vermişdi. Həmin vaxtda sistem, ilk sətrdən etibarən “ana” sözünün yerinə “xala”
sözünü yazmışdı. Bu isə öz növbəsində jurnalistlərin gülüşünə səbəb olmuşdu.
Daha sonra bir sıra səhvlər də baş verdi. Şirkət təmsilçisi isə mətni pozmaq
istəyən zaman, sistem, əmrləri çap etməyə başladı. Bu zaman isə zal, gülüş səsləri
ilə əhatə olundu.
Buna oxşar hadisə, 2015-ci ildə də baş vermişdi. Belə ki,
DreamForce adlı tədbirdə səsli köməkçi Cortana, şirkətin CEO-su Satya
Nadella-nın sorğularını bir neçə dəfə yerinə yetirə bilməmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
