main-post-cover

    İstifadəyə verildikdən 1 saat sonra pilotsuz avtobus qəzaya düşdü

    Elm & Texnologiya
    09.11.2017
    Farid Pardashunas
    Pilotsuz avtomobillər istehsalçıları mütəmadi olaraq öz texnologiyalarını təcrübi səviyyədən şəhər küçələrində istifadəyə verilməsi mərhələsinə keçid edirlər.
    Lakin bu cür proseslər heç də həmişə uğurla sonlanmır. Digital Trends saytının verdiyi xəbərə əsasən Las Veqasda istifadəyə verilmiş ilk pilotsuz avtobus reysi 1 saatdan sonra qəzaya uğradı. Las Veqasda pulsuz pilotsuz avtobus sisteminin işə salınması “AAA” adlı şirkət və “Keolis” sərnişin daşınması tərəfindən hazırlanmış təcrübi layihənin bir hissəsidir. Bu layihənin məqsədi insanların pilotsuz nəqliyyat növünə olan reaksiyalarını təyin etmək və texnologiyanın real şəhər mühitində necə çalışacağını müəyyən etməkdir. Faktiki olaraq bu layihə Las Veqasda ilin əvvəlindən fəaliyyət göstərən xidmətin bir hissəsidir.

    Sözügedən elektrobus Fransanın “Navya” adlı texniki şirkəti tərəfindən təqdim olunub. Qeyd etmək lazımdır ki, bu şirkət həmçinin öz avtopilot texnologiyalarını ABŞ-ın digər yerlərində də test edir. Avtobus 8 nəfər sərnişini özündə yerləşdirə bilir və onun maksimal sürəti saatda 44 km-dir. Lakin buna baxmayaraq şəhər mühitində o daha da ləng şəkildə hərəkət edəcək. Təhlükəsiz naviqasiya üçün o, lidar GPS-dən istifadə edir. Sükan arxasında sürücü olmasa da, avtobusda onun iş prosesinə nəzarət edən mühəndis olur. Elektrobus reysinin işə salınmasından 1 saat sonra baş vermiş qəza hadisəsi əslində texnologiyanın günahı ilə deyil, insanın günahı ucbatından baş verib.
    Belə ki, həmin qəza hadisəsinə elektrobusun önünə anidən çıxan yük maşınının sürücüsü səbəb olub. Bu zaman elektrobus vaxtında dayansa da yük maşını ona tərəf hərəkət etməkdə davam edib və avtobusun ön hissəsinə dəyib. Hadisə zamanı elektrobusda bir neçə sərnişin olsa da onlara zərər dəyməyib. Hər iki nəqliyyat növü də zərər çəkməyib. Qəza hadisəsinə baxmayaraq sözügedən elektrobus reysini bərpa ediblər. Bu qəza hadisəsinin qaçılmaz olması və ya elektrobusun proqram təminatının digər ayarları halında bu qəzanın baş verməyəcəyi ehtimalının olması hələki bilinmir.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər