James Webb-dən növbəti böyük kəşf
Elm & Texnologiya
17.06.2026
Sevinj
NASA-nın James Webb Kosmik Teleskopu astronomların uzun müddətdir araşdırdığı və “bulge fossil fragment” adlandırılan obyektin mövcudluğunu ilk dəfə təsdiqləyib. Bu kəşf Süd Yolunun necə formalaşdığını daha yaxşı anlamağa kömək edə bilər.
Araşdırmanın mərkəzində Süd Yolunun sıx ulduzlarla və toz buludları ilə örtülmüş mərkəzi hissəsində yerləşən Terzan 5 bölgəsi dayanır. Alimlər James Webb teleskopunun müşahidələrini əvvəllər Hubble Kosmik Teleskopu tərəfindən toplanmış məlumatlarla müqayisə edərək Terzan 5-in əsl təbiətini müəyyənləşdiriblər.
Tədqiqatın nəticələrinə görə, Terzan 5-dəki iki qədim ulduz populyasiyası təxminən 12,5 milyard və 4,7 milyard il əvvəl formalaşıb. Bundan əlavə, alimlər 3,8 milyard və 2,5 milyard il yaşı olan daha gənc ulduz qruplarını da aşkar ediblər.
Layihənin rəhbəri, Bolonya Universitetinin professoru Francesco R. Ferraro bildirib ki, Terzan 5 Süd Yolunun mərkəzi hissəsini formalaşdıran ilkin ulduz yığınlarına bənzəyir və bu səbəbdən “qalaktik çıxıntısının fosil fraqmenti” adlandırılır.
Tədqiqatın həmmüəllifi Barbara Lanzoni isə qeyd edib ki, erkən kainatda qalaktiyalar böyük qaz disklərindən ibarət olub. Bu disklər zamanla parçalanaraq ulduzlarla zəngin iri yığınlar əmələ gətirib və həmin yığınların birləşməsi qalaktiyaların mərkəzi hissələrinin – çıxıntılarının yaranmasına səbəb olub.
Paylaş