Logo
    main-post-cover

    James Webb Kosmik Teleskopu, yüngül kütləyə və əyri quruluşa malik yeni ekzoplanet kəşf edib!

    Elm & Texnologiya
    26.09.2024
    Aslan

         James Webb Kosmik Teleskopu, son dərəcə nadir xüsusiyyətlərə malik planet kəşf edib.

         WASP-107 b adlanan bu maraqlı planet, Günəşdən 210 işıq ili uzaqlıqda yerləşən kiçik narıncı bir ulduzun ətrafında fırlanır. İlk dəfə 2017-ci ildə kəşf edilən bu planetin həcmi Yupiterlə təxminən eynidir, lakin kütlələri arasında böyük fərq var. WASP-107 b-nin kütləsi Yupiterin kütləsinin cəmi 10%-i qədərdir. WASP-107 b, öz ulduzuna çox yaxın və bağlı bir planetdir, yəni həmişə eyni tərəfi gündüz olur. Planetin 1 ili isə cəmi 5 gün çəkir. Bu səbəbdən planetin bir tərəfi digər tərəfindən daha çox şişkin görünür.
         Bu ekzoplanet, öz ulduzuna bu qədər yaxın olan digər planetlər qədər isti olmasa da, səyahət üçün o qədərdə əlverişli bir yer hesab edilmir. Çünki planetin səthinin temperaturu 477 dərəcə Selsiyə qədər çata bilir. Tədqiqatçılar belə bir quruluşun hətta ekzoplanetlər arasında nadir olduğunu vurğulayırlar. Planetin xassələri və quruluşu JWST-nin göyərtəsindəki ötürücü spektroskopiya cihazı ilə tədqiq edilib. Alimlər planetin quruluşunu öz günəşinin önündən keçid etdiyi zaman öyrənə biliblər.
     
    Paylaş