Logo
    main-post-cover

    James Webb Teleskopu ilk çağlarından bəri hərəkətsiz vəziyyətdə olan nəhəng qara dəlik kəşf edib!

    Elm & Texnologiya
    20.12.2024
    Farid

         James Webb Teleskopu, kainat yalnız 800 milyon yaşında olarkən mövcud olan 400 milyon Günəş kütləsinə malik nəhəng qara dəlik aşkar edib.

          İlk növbədə qeyd edək ki, bu nəhəng qara dəlik, hazırda “yatmış” vəziyyətdədir, yəni aktiv olaraq maddə udmur. Lakin keçmişdə öz qalaktikasını qidalandıraraq böyüdüyü təxmin edilir. Maraqlıdır isə odur ki, bu qara dəlik, öz ev sahibi olduğu qalaktikanın ümumi kütləsinin 40%-ini təşkil edir. Müasir kainatda bu nisbət adətən 0.1% səviyyəsində olduğu üçün alimləri xeyli təəccübləndirib.
         Alimlərə görə, bu cür superkütləvi qara dəliklər intensiv böyümə və uzunmüddətli istirahət mərhələlərindən keçir. Tədqiqatçılar qara dəliklərin “Eddington Limiti” kimi tanınan maddə çəkmə həddini aşaraq 5-10 milyon il davam edən intensiv böyümə mərhələləri keçirdiyini, daha sonra isə 100 milyon illik sakitlik dövrünə girdiklərini düşünürlər.
         Ümumilikdə bu kəşf, kainatın ilk dövrlərinin çoxlu “yatmış” superkütləvi qara dəliklərə malik ola biləcəyini göstərib. Lakin bu “sakit” nəhəngləri aşkar etmək olduqca çətindir. Tədqiqatçılar James Webb Teleskopunun yüksək həssaslıqla apardığı müşahidələr sayəsində bu cür qara dəliklərin daha çox kəşf olunmasının mümkün olduğunu vurğulayırlar.
    Paylaş
    Bənzər xəbərlər
    sud-yolu-qalaktikasindaki-neheng-qara-deliyin-etrafinda-2-ekiz-ulduz-sistemi-kesf-edilib
    Elm & Texnologiya

    Süd Yolu qalaktikasındakı nəhəng qara dəliyin ətrafında 2 əkiz ulduz sistemi kəşf edilib!

    Astronomlar Süd Yolunun mərkəzindəki Sagittarius A* ətrafında dövr edən əkiz ulduz sistemi aşkarlayıblar. Şilidəki Very Large Telescope (VLT) vasitəsilə kəşf edilən və D9 adı verilən sistem alimləri təəccübləndirib.
    cinli-astronavtlar-9-saatliq-tarixin-en-uzun-kosmik-seyahetini-heyata-kecirerek-rekord-qiriblar
    Elm & Texnologiya

    Çinli astronavtlar 9 saatlıq tarixin ən uzun kosmik səyahətini həyata keçirərək rekord qırıblar!

    Çinli astronavtlar, Tiangong Kosmik Stansiyasında 9 saat davam edən kosmos gəzintisi ilə NASA-nın 2001-ci ildəki rekordunu yenilməyi bacarıblar.
    alimler-inqilabi-antimadde-raketi-ile-ulduzlara-seyahet-etmeyin-mumkun-oldugunu-bilidiribler
    Elm & Texnologiya

    Alimlər inqilabi “antimaddə raketi” ilə ulduzlara səyahət etməyin mümkün olduğunu bildiriblər!

    Müasir texnologiya ilə Günəşdən başqa bizə ən yaxın ulduza çatmaq insan ömrü miqyasında mümkün deyil. Lakin alimlər antimaddə ilə işləyən raket vasitəsilə bunun mümkün ola biləcəyini deyirlər.
    gunes-sisteminin-en-vulkanik-cisminin-sirri-ortaya-cixib
    Elm & Texnologiya

    Günəş sisteminin ən vulkanik cisminin sirri ortaya çıxıb!

    NASA-nın Juno missiyası Yupiterin peyki olan İo-nun vulkanik fəaliyyətlərinin detalları ilə bağlı mühüm məlumatları ortaya çıxarıb. Araşdırma, İo-nun Günəş sistemindəki ən vulkanik cisimə necə çevrildiyini izah edir.
    alimler-kosmosda-quyruqlu-bir-planet-kesf-edibler
    Elm & Texnologiya

    Alimlər kosmosda quyruqlu bir planet kəşf ediblər!

    Alimlər çox uzun bir quyruğu olan ekzoplanet kəşf ediblər. Planetin quyruğunun uzunluğu Yer ilə Ay arasındakı məsafənin 1.5 misli qədərdir.