
James Webb teleskopu "kosmik tornado"nun fotosunu çəkib
Elm & Texnologiya
26.03.2025
Emil
James Webb kosmik teleskopu yenidən öz qabaqcıl alətinin möhtəşəm imkanlarını nümayiş etdirib. Onun köməyi ilə ulduzların formalaşdığı yeni bir bölgənin ən detallı görüntüsü əldə olunub - bu görüntü yeni doğulmuş ulduzların radiasiyası təsiri altında olan toz və qaz buludlarının dinamik hərəkətini əks etdirir. Tamamilə təsadüfən, çəkilişə qədim bir qalaktika da düşüb, bu da “tornado gözü” effekti yaradaraq simvolik olaraq keçmişlə gələcəyi - köhnə ulduzlarla cavanları birləşdirib. Webb teleskopu qalaktikamızdakı Herbig-Haro 49/50 bölgəsini görüntüləyib.

Şəklin aşağı sol küncündə yeni doğulmuş CED 110 IRS4 adlı ulduz yerləşir. Bu bölgəni əvvəllər NASA-nın Spitzer teleskopu da çəkmişdi, lakin həmin görüntü çox az detal əks etdirir və “tornadonun ucu”nda bulanıq bir obyekt göstərirdi. Webb-in yaxın və orta infraqırmızı diapazonda çəkdiyi şəkil isə toz və qaz buludlarının strukturunda bir çox mühüm detalları görməyə imkan verib. Həmçinin məlum olub ki, “bulanıq obyekt” əslində spiral formalı bir qalaktikadır, və çox nadir perspektivdə təsadüfən kadra düşüb.

“Webb bu bir-biri ilə əlaqəsi olmayan iki obyekti çox uğurlu bir anda görüntülədi” - deyə teleskop komandasından bildirilib. “1000 illər boyunca Herbig-Haro 49/50-nin kənarı genişlənəcək və nəhayət, uzaq qalaktikanı tamamilə örtəcək”. Əldə olunan görüntüdə narıncı rəng molekulyar hidrogeni, qırmızı isə karbonmonoksidi göstərir. Bu qazlar, yaxınlıqdakı yeni doğulmuş ulduzun enerjili şüalanması nəticəsində qızır və buludların hərəkətinə səbəb olur. Xaotik görünən bu proses, əslində ulduzun elektromaqnit sahəsinə və şüalanmasına tabe olur - bu isə alimlərə, bir çox baxımdan Günəş sistemimizin doğuluşunu xatırladan bir prosesi müşahidə etməyə imkan verir.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Alimlər ilk insanların nə zaman nitqdən istifadə etdiklərini təyin ediblər
Alimlər qədim insanlara aid genetik məlumatları öyrənərək belə nəticəyə gəliblər ki, nitq ən azı 135 min il əvvəl yaranıb. Məhz o dövrdə insanlar ilk dəfə fərqli genetik qruplara bölünüblər. Əgər nitq bu bölünmədən sonra yaranmış olsaydı, bəzi qruplar nitqə qadir olmazdılar.

Elm & Texnologiya
Yer kürəsinin əhalisi düşünüldüyündən bir neçə milyard daha çox ola bilər
BMT-nin məlumatına görə, dünya əhalisi 8.2 milyard nəfər təşkil edir və bu rəqəm 2080-ci illərin ortalarında 10.3 milyard nəfərlə zirvəyə çatacaq. Lakin bu yalnız təxmini qiymətləndirmədir, çünki dünyadakı bütün insanları dəqiq saymaq mümkün deyil.

Elm & Texnologiya
Yeni teleskop Proksima Sentavr-da həyatın olub-olmadığını 10 saata təyin edə biləcək
Çilinin şimalında inşa edilən son dərəcə böyük teleskop, istənilən digər teleskopla müqayisədə 10 qat daha çox işıq toplaya biləcək və Hubble kosmik teleskopundan 16 dəfə daha dəqiq görüntülər əldə edəcək.

Elm & Texnologiya
Alimlər internetin kütləsini ölçməyə çalışıblar
Fiziklər belə bir suala cavab tapmağa çalışıblar. İnternetin çəkisi ola bilərmi? Serverlərin enerjisindən tutmuş, məlumatların DNT-də saxlanması kimi futuristik ideyalara qədər müxtəlif yanaşmalardan istifadə edərək, alimlər ehtimal ediblər ki, internetin kütləsi mikroskopik bir qram hissəsindən tutmuş, hətta bir avtomobildən də ağır ola bilər.

Elm & Texnologiya
Marsda qədim bioloji həyata işarə edən molekullar aşkar edilib
Marsda ilk dəfə ən iri karbon molekulları aşkarlanıb. Bu, böyük ehtimalla planetdə qədim həyatın izləri ola bilər. Alimlər planetimizdəki laboratoriyada Mars şəraitini imitasiya edərək oxşar kimyəvi prosesləri yenidən qurublar və bənzər nəticə əldə ediblər.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
