James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
Elm & Texnologiya
29.11.2024
Farid Pardashunas
James Webb Kosmik Teleskopu (JWST) yüksək texnoloji avadanlıqları ilə heyran etməyə davam edir. JWST bu dəfə Sombrero qalaktikasını indiyə qədər görülməmiş detallarla görüntüləyib.
Sombrero qalaktikası Yer kürəsindən baxıldıqda demək olar ki, yan tərəfdən görünür və geniş halqası ilə şişkin mərkəzi onu adını aldığı Meksika şlyapasına bənzədir. Lakin JWST-nin Orta İnfraqırmızı Aləti (MIRI) bu simvolik görünüşü demək olar ki, itirərək qalaktikanın parlaq nüvəsini əhatə edən, içərisində superkütləli qara dəlik olan tozlu bir halqanı üzə çıxarıb.
Qız (Virgo) bürcündə yerləşən və Yerdən təxminən 31 milyon işıq ili uzaqlığında olan Sombrero qalaktikası (Messier 104 olaraq da tanınır) yaxınlığımızdakı, yəni 100 milyon işıq ili içindəki ən böyük spiral qalaktika kimi seçilir. Qalaktika, 260 milyard Günəş kütləsi dəyərində ulduzlarla zəngindir və bu, Süd Yolunun ümumi ulduz kütləsindən təxminən 5 dəfə çoxdur. Buna baxmayaraq, ölçü baxımından Süd Yolu ilə demək olar ki, eynidir. Sombrero-da hər il yalnız yarım Günəş kütləsi qədər qaz ulduzlara çevrilir ki, bu da Süd Yolundakı ulduz əmələ gəlmə sürətinin dörddə birinə bərabərdir.
Ulduzların ölümü ilə yaranan toz, adətən yeni ulduzların formalaşdığı yerlərdə yığılır. Lakin Sombrero qalaktikasında molekulyar hidrogen qazı kimi ulduzların yaranması üçün tələb olunan əsas materiallar olduqca məhduddur. Alimlərin modellərinə görə, qalaktikanın mərkəzi şişkinliyi milyardlarla il əvvəl baş vermiş nəhəng bir ulduz partlaması zamanı formalaşıb. Həmin prosesdə ulduzların yaranması üçün tələb olunan qazın böyük hissəsi tükənib. Bu gün ulduz yaranması əsasən qalaktikanın tozla zəngin xarici halqasında baş verir.
Qız bürcü qalaktikası klasteri istiqamətində yerləşməsinə baxmayaraq, Sombrero qalaktikası bu klasterə daxil deyil. Təxminən 25 milyon işıq ili daha yaxın bir nöqtədə, olduqca təcrid olunmuş bir bölgədə yerləşir. Bu təcrid, qalaktikanın təkamülünə təsir edən mühüm amildir. Yaxın qalaktika toqquşmaları, adətən qaz və tozu mərkəzi qara dəliyə doğru çəkərək qalaktikanın nüvəsini aktivləşdirir. Lakin görünür ki, Sombrero milyardlarla ildir belə bir qarşılıqlı təsir yaşamayıb.
Qalaktikanın mərkəzində təxminən 1 milyard Günəş kütləsi böyüklüyündə superkütləli bir qara dəlik yerləşir. Hal-hazırda olduqca sakit olan bu qara dəlik keçmişdə daha aktiv olub. 2024-cü ildə New Mexico-dakı VLA radio teleskopları qalaktikadan 30.000 işıq ili uzaqlığa qədər yayılan radio dalğaları yaradan hissəcik lobları kəşf edib. Bu loblar bir vaxtlar aktiv olan qalaktika nüvəsindən çıxan güclü reaktivlərin qalıqlarıdır. Bu gün Sombrero qalaktikasının qara dəliyi demək olar ki, tamamilə passivdir və yalnız bir neçə işıq ili uzunluğunda zəif reaktivlər yaradır. Bu sakit dövr qalaktikanın keçmişdəki xaotik fəaliyyətlərinin yerini daha dinc bir qocalma mərhələsinə buraxdığını göstərir.
Linki kopyala
james webb telescope
james webb space telescope
space news
sombrero
cosmos
sombrero galaxy
james webb
jwst
cosmic news
Bənzər xəbərlər
Oxşar xəbərlər
4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!
4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!
Marsdan Yer kürəsinə gəlib çatan və təxminən 4.45 milyard il yaşı olan bir asteroid üzərində araşdırma aparan alimlər, Marsın keçmişdə yaşamağa uyğun bir planet olduğuna işarə edən yeni sübutlar aşkarlayıblar.
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
NASA tərəfindən Beynəlxalq Kosmik Stansiyada aparılan yeni bir araşdırma, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətlərinin zəiflədiyini ortaya qoyub.
Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!
Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!
Elm adamları saatda 3.2 milyon km sürətlə baş verən kosmik toqquşmanı qeydə alıblar. Stephan's Quintet qalaktika qrupunda baş verən bu toqquşma nadir görüntülər təqdim edib.
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
James Webb Kosmik Teleskopu kainatın ilkin dövrlərindəki təəccüblü “Qırmızı Canavarlar”ı ortaya çıxarıb. Bu kəşf, kainat modellərini kökündən dəyişir.
Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Astronomlar qalaktikamızdan kənarda yerləşən bir ulduzun ilk yaxın görüntüsünü əldə ediblər. Bizdən 160.000 işıq ili uzaqlıqda yerləşən WOH G64 adlı ulduz, sönmək üzrə olan bir qalaktikada yerləşir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!