Logo
    Kibertəhlükəsizlik ekspertlərinin Azərbaycanda ilk toplantısı baş tutdu.

    Kibertəhlükəsizlik ekspertlərinin Azərbaycanda ilk toplantısı baş tutdu.

    Kibertəhlükəsizlik ekspertlərinin Azərbaycanda ilk toplantısı baş tutdu.
    Azərbaycanda ilk dəfə müxtəlif sahələrdə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən 40-dan çox ekspert birgə toplantısı baş tutdu. Cybero Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə şirkətin Türkiyə tərəfdaşı olan BGA şirkətinin rəhbəri Hüzeyfe Onal və “Red Team” lideri Halil Dalabazmaz da iştirak etmişdir. Görüş “Red Team” və pentesting üçün OSİNT, məlumat toplama və analiz metodları, o cümlədən ofis sənədlərinə ineksiya edilmiş zərərvericilər barədə təqdimatlara və geniş müzakirələrə həsr edilmişdir.
    Görüş çox müsbət aurada keçirildi və iştirakçı ekspertlər tərəfindən müsbət qiymətləndirildi. Ölkəmizdəki kibertəhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi, problemlərin və onların həlli yollarının, fikir və layihələrin müzakirəsi, o cümlədən sahənin ölkəmizdə daha da inkişaf etdirilməsinə dəstək olmaq məqsədi ilə Cybero Kibertəhlükəsizlik Mərkəzi Azərbaycanda kibertəhlükəsizlik ekspertlərinin birliyini ifadə edən belə görüşlərin keçirilməsinə daima öz dəstəyini göstərəcəkdir.
    Cybero bu kimi görüşlərdə iştirak etmək istəyən və sahə üzrə çalışan bütün mütəxəssisləri “Cybero - Cyber Security Community” facebook qrupuna qoşulmağa dəvət edir.
     
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Kibertəhlükəsizlik ekspertlərinin Azərbaycanda ilk toplantısı baş tutdu.