Kosmosda aşkar edilən “sual işarəsi”nin sirri ortaya çıxıb!
Elm & Texnologiya
14.10.2024
Farid Pardashunas
Uzun müddətdir həm elm dünyasında, həm də sosial mediada böyük marağa səbəb olan James Webb Kosmik Teleskopu (JWST) tərəfindən çəkilmiş "sual işarə"sinin sirri nəhayət ki, ortaya çıxıb.
2023-cü ildə JWST-nin çəkdiyi bir görüntüdə, kainatın dərinliklərində olduqca diqqətçəkən bir "sual işarəsi" forması müşahidə edilmişdi. Əvvəlcə bu şəklin nə olduğu böyük bir sirr olaraq qalırdı. Bununla bağlı zaman-zaman müxtəlif fərziyyələr irəli sürülsə də, bu quruluşun uzun müddət tam dəqiqliklə nə olduğunu açıqlana bilməmişdi. Detallı müşahidələr və analizlər nəticəsində, bu sirli "sual işarəsi"nin əslində 2 qalaktikanın birləşmə prosesində olduğu ortaya çıxarıldı. Lakin bu birləşmə, şəklin tam olaraq "sual işarəsi" kimi görünməsinə səbəb ola bilməzdi.
Bu nöqtədə qravitasiya linzası effekti işə düşərək görüntünü daha da maraqlı edib. Bu effekt, ön planda yerləşən bir qalaktika qrupunun işığı əyməsi nəticəsində, birləşən qalaktikaların görüntüsünü əyərək simvolik "sual işarəsi" formasını yaradıb. Digər mühüm kəşf isə EHT (Event Horizon Telescope) qrupunun qara dəliklər üzərindəki işləri ilə bağlıdır. 2019-cu ildə EHT, insanlıq tarixində ilk qara dəlik fotosunu çəkməyi bacarmış və bu hadisə elm dünyasında böyük rezonans doğurmuşdu. Ardınca, 2022-ci ildə isə ikinci qara dəlik fotosu da çəkilmişdi.
İndi isə EHT qrupunun daha inkişaf etmiş texnologiya və vasitələrlə üçüncü qara dəlik fotosunu çəkməyə hazırlaşdığı bildirilir. Yeni müşahidələr, qara dəliklərin ətrafındakı maddənin davranışını və yaranan reaktivlərin necə formalaşdığını daha aydın başa düşməyimizə imkan verəcək. Qara dəliklərin kainatdakı mahiyyətini anlamaq, kosmosun ən böyük sirlərindən birini həll etməyə bir addım daha yaxınlaşmağa imkan verəcək.
Linki kopyala
james webb telescope
james webb space telescope
space news
james webb
event horizon telescope
jwst
cosmic news
eht
james webb question mark
james webb telescope question mark
Bənzər xəbərlər
Oxşar xəbərlər
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Mars hazırda həyat üçün əlverişsiz bir yer olsa da, yeni araşdırmalar Qırmızı Planetin bu gün gördüyümüz səhralıq və cansız bir məkana necə çevrildiyini aydınlaşdırır.
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni bir araşdırmaya görə, kainatda qaranlıq maddə mövcud olmaya bilər!
Yeni araşdırmaya görə, kainatda qaranlıq maddə olmadığı üçün qaranlıq maddəni tapmaq səyləri heç vaxt müsbət nəticə verməyəcək.
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
James Webb Kosmik Teleskopu 3.6 milyard işıq ili uzaqlıqdakı inanılmaz bir hadisəni görüntüləyib. Supernovanın 3 fərqli anı tək bir kadrda əks olunub.
80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
NASA astronavtlarından Matthew Dominick, C/2023 A3 və ya suchinshan–ATLAS kimi tanınan kometin (quyruqlu ulduz) videosunu çəkib. Ortaya çıxan görüntülər isə valehedici alınıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!