Logo
    main-post-cover

    Kosmosdakı Yeni il ağacına bənzər bir görüntü görənləri təəccübləndirib!

    Elm & Texnologiya
    23.12.2024
    Aslan

         NASA, Chandra teleskopu və Michael Clowun müşahidələrini birləşdirərək 2.500 işıq ili uzaqlıqdakı NGC 2264 və ya “Yeni İl Ağacı” adlandırılan ulduz qrupunun görüntüsünü təqdim edib.

         Əvvəlcə onu deyə bilərik ki, bu kosmik formasiya valehedici yaşıl qaz buludları və müxtəlif rənglərdə parlayan ulduzlarla Yeni il ağacını xatırladır. Bu ulduzların əksəriyyəti 1-5 milyon il arasında bir yaşa malikdir. Günəşin 5 milyard illik yaşı ilə müqayisədə, bu ulduzlar sanki “yeni doğulmuş körpələrə” bənzəyirlər. Kosmosdakı Yeni il ağacının tam görüntüsünə aşağıdakı şəkildən baxa bilərsiniz:
         NASA yalnız NGC 2264 ilə kifayətlənməyib, həm də NGC 602 adlanan başqa bir ulduz qrupunun görüntülərini də paylaşıb. Bu qrup, Kiçik Magellan Buludunun kənarında, təxminən 200.000 işıq ili uzaqlıqda yerləşir. NGC 602-nin görüntüsü bir Milad çələnginə bənzəyən quruluşu ortaya qoyur. Görüntüdəki bəzi “işıqlar” yalnız ulduzlardan ibarət deyil, qrupun o tayındakı qalaktikalardan gələn işıqları da həmçinin görə bilirik.
         Görüntü Chandra X-ray Teleskopu ilə James Webb Kosmik Teleskopunun birgə əməkdaşlığı sayəsində yaradılıb. Chandra, gənc ulduzları qırmızı çalarlarda vurğularkən, Webb Teleskopunun infraqırmızı müşahidələri toz buludlarının narıncı və mavi çalarlarını da əks etdirir. Bu görüntülərə yalnız estetik baxımdan baxmamalıyıq, çünki eyni zamanda ulduzların yaranması və qalaktikaların təkamülü haqqında mühüm məlumatlar təqdim edirlər. Müxtəlif teleskoplardan əldə edilən məlumatların birləşdirilməsi, kainatın sirlərini daha dərindən anlamağımıza kömək edir.
    Paylaş