Kosmosun qoxusu nəyə bənzəyir?
Elm & Texnologiya
18.09.2024
Farid Pardashunas
“Kosmosun qoxusu nəyə bənzəyir?” sualı uzun illərdir maraq doğurur. Sual bir neçə dəfə və müxtəlif astronavtların şərhləri ilə müzakirə olunan mövzuya çevrilib. Ancaq bir müddətdir Beynəlxalq Kosmik Stansiyada qapalı qalan 2 astronavt bu məsələ ilə bağlı aktual şərhlərini paylaşıb.
Beynəlxalq Kosmik Stansiyada (ISS) gözlənilmədən uzun müddət qalan 2 amerikalı astronavt Suni Williams və Butch Wilmore, kosmosun sirli dünyası haqqında maraqlı təfərrüatlar paylaşıblar. Boeing Starliner kosmik gəmisinin təhlükəsizliyilə bağlı geri dönüşləri 2025-ci ilə qədər təxirə salınan astronavtlar, hazırda 6 otaqlı ev ölçüsündə bir məkanda 9 nəfərlə birlikdə yaşayırlar.
Astronavtların açıqlamalarına görə, kosmosun özünəməxsus bir qoxusu var. Kanadalı astronavt Chris Hadfield, kosmosda gəzinti zamanı hiss etdiyi bu qoxunu “təbii olmayan və oyadıcı” olaraq təsvir edir. Britaniyalı astronavt Helen Sharman isə kosmosda tək bir qoxunun üstünlük təşkil etdiyini və buna tez alışdıqlarını bildirir. Bu maraqlı kosmos qoxusunun mənbəyi kosmosdakı güclü radiasiyadan qaynaqlanır. Sharman-ın sözlərinə görə, radiasiya skafandr və ya elmi avadanlıq kimi çıxıntılı obyektlərin səthində sərbəst radikallar yaradır. Bu radikallar, stansiyanın daxilindəki oksigenlə reaksiyaya girərək metal və kükürd qoxusunu yaradır.
Sözügedən astronavtlar etiraf edirlər ki, Yerə qayıtdıqdan sonra hissiyyat təcrübələrinə daha çox dəyər verirlər. Sharman deyir: “Kosmosda hava yoxdur – üzünüzdə yağış və ya saçlarınızda küləyi hiss etmirsiniz və sadəcə bir qoxunu duyursunuz. İndi bu təcrübələrə çox daha çox önəm verirəm!”. ISS-də həyat fəaliyyəti, astronavtların uyğunlaşma qabiliyyətini yoxlayır. Onların gündəlik iş rejimi elmi təcrübələr, idman və özünə qulluqdan ibarətdir. 8 günlük missiya üçün kosmosa gedən astronavtlar, düz 8 aydır ki, qapalı qalıblar. Əgər hər şey yolunda gedərsə, onlar sentyabrın 25-də dünyaya qayıdacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
Yer kürəsinin "yaşamaq üçün əlverişli bir planet" olduğu təsdiqlənib!
Yupiterin peyklərində həyat axtarışına başlayan Juice adlı kosmik gəmi, üzərindəki alətləri ilə Yerin yaşamaq üçün əlverişli olduğunu təsdiqləyib.
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Saturnun halqaları planetin ən simvolik xüsusiyyətlərindən biridir. Bir müddət əvvəl aparılan yeni araşdırmalara görə, Yer kürəsinin də bir zamanlar Saturn kimi halqaları ola bilərmiş.
Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar, 3D printerdən istifadə edərək metal ehtiyat hissələri istehsal etməyi bacarıblar.
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Yaponiyanın kosmik kəşfiyyata marağı, Ispace şirkətinin yeni Ay missiyası ilə yenidən gündəmə gəlib. Şirkət, 2023-cü ildəki uğursuz cəhdindən sonra, bu dəfə Ayda uğurlu eniş etməyi hədəfləyir.
NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!
Elm adamları, NASA-nın 2 missiyası tərəfindən yarım əsr aralıqla çəkilmiş şəkilləri müqayisə edərək Yupiterin peyki Io-da nəhəng yeni aktiv vulkan aşkar ediblər.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!