
Lenovo Tab P12 adlı yeni planşetini təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
27.07.2023
Emil
Lenovo şirkəti 2021-ci ildə Tab P12 Pro adlı planşetini təqdim etmişdi. Həmin planşetin təqdimatından 2 il sonra şirkət onun adi versiyası olan Tab P12-ni təqdim edib. Lenovo Tab P12 planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 2944x1840 piksel keyfiyyətli 12.7 düym LTPS ekranla təchiz olunub. Planşetin ekran ətrafı çərçivələri olduqca genişdirlər və onlardan birində ön kamera yerləşdirilib. Ekran üstəlik Lenovo Tab Pen Plus adlı stilusun dəstəyinə sahibdir.
Lenovo Tab P12 MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışır və özündə 4/8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini (microSD dəstəkli) və 10 200 mAh enerji tutumlu batareyanı birləşdirir. Kameralara gəldikdə isə planşet 8 MP-lik arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Planşetə üstəlik 4 ədəd səsgücləndirici quraşdırılıb və onun yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya edilib. Şirkətin verdiyi məlumata əsasən Tab P12 bir dəfə şarj olunandan sonra 12 saat ərzində çalışa bilir. Lenovo Tab P12 artıq satışa çıxıb və onun Avropadakı qiyməti 399 və 499 avro təşkil edir.
Paylaş
Bənzər xəbərlər