Logo
    main-post-cover

    Lenovo Xiaoxin Pad Pro adlı yeni planşet təqdim edilib - QİYMƏTİ

        Lenovo şirkəti Xiaoxin Pad Pro adlı yeni planşetini təqdim edib. Sözügedən yeni planşet metal materialdan hazırlanmış gövdəsi, yüksək təsvir yenilənməsinə sahib böyük ölçülü ekranı və Snapdragon prosessoru ilə seçilir. Beləliklə Lenovo Xiaoxin Pad Pro 144 Hz-lik təsvir yenilənməsinə sahib 2944x1840 piksel keyfiyyətli 12.7 düym ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Qalın çərçivələrə sahib olmasına baxmayaraq ekran üstəlik HDR10Dolby Vision texnologiyalarını dəstəkləyir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Lenovo Xiaoxin Pad Pro planşeti Snapdragon 870 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 20 vatt gücündə sürətli şarj texnologiyalı 10 200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet həmçinin özündə barmaq izi skanı texnologiyasını və Dolby Atmos dəstəkli 4 ədəd JBL səsgücləndiricisini birləşdirir. Lenovo Xiaoxin Pad Pro artıq Çində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin 128 GB yaddaşa sahib versiyası Çində 223$-a, 256 GB yaddaşa sahib versiyası isə 251$-a satılır.
    Paylaş
    Bənzər xəbərlər