
Lenovo yeni gaming planşetini təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
07.07.2023
Emil
Son 1 ildə bazarda müxtəlif qiymət kateqoriyasına aid olan çoxlu sayda planşet modeli satışa çıxıb. Lakin gaming planşetlər demək olar 1.5 ildir ki, yenilənmirdi. Bir neçə gün bundan öncə nubia Red Magic Gaming Tablet adlı flaqman planşet təqdim olundu. İndi isə Lenovo da öz gaming planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Lenovo Legion Y700 adlı planşetdən gedir. Şirkətin rəsmi məlumatına əsasən sözügedən gaming planşeti 22 iyul tarixində təqdim ediləcək. İnsayderlərin verdikləri məlumata əsasən planşet Snapdragon 8+ Gen 1 prosessoru və 12/16 GB RAM ilə təchiz olunacaq. Çox güman ki, Lenovo Legion Y700 planşeti 8 düym ölçülü ekrana sahib olacaq. Bununla yanaşı onun Android 13 vasitəsilə çalışacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər