Lenovo Z5 Pro GT'nin varolan bütün smartfonlardan daha güclü olduğu ortaya çıxdı

Lenovo Z5 Pro GT'nin varolan bütün smartfonlardan daha güclü olduğu ortaya çıxdı

Texnologiya
19.12.2018 PAYLAŞIM

    Qualcomm şirkəti özünün flaqman prosessoru olan Snapdragon 855-i bu ayın əvvəlində təqdim etmişdi. Lakin indiyənə kimi sözügedən prosessorun performans gücü barəsində dəqiq bir məlumat yox idi. Beləliklə bu məlumatı Lenovo şirkəti paylaşmağı qərara aldı. Qeyd etmək lazımdır ki, şirkət dünən Snapdragon 855 prosessoruna və 12 GB RAM göstəricisinə sahib ilk smartfon modeli olan Lenovo Z5 Pro GT-ni təqdim etdi.

    Qeyd etmək lazımdır ki, Snapdragon 855 prosessorunun yaradılmasında Qualcomm şirkəti ənənəvi big.LITTLE arxitekturasından Prime Core arxitekturasına keçid edib. Beləliklə bu arxitekturada bir ədəd güclü nüvə, qəliz və sadə əməliyyatların yerinə yetirilməsi üçün isə iki ədəd klaster var. Bundan əlavə olaraq Snapdragon 855 prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qualcomm-un verdiyi məlumata əsasən Snapdragon 845-dən fərqli olaraq Snapdragon 855-in mərkəzi prosessorunun performansı 45%, qrafik göstəriciləri isə 20% daha yüksəkdir.

Bənzər xəbər



    Beləliklə Lenovo şirkəti bildirib ki, bu prosessora sahib olan Z5 Pro GT flaqman smartfonu AnTuTu testlərində rekord 368.480 xal toplayıb. Bu isə yeni iPhone modelləri də daxil olmaqla mobil bazardakı istənilən smartfonun yığdığı xaldan daha yüksəkdir. Əvvəlki statistikalarda bu siyahıda liderliyini məhz yeni iPhone modelləri qoruyurdular. Heç istisna deyil ki, yeni Lenovo Z5 Pro GT smartfonu bu cür nailiyyəti təkcə Snapdragon 855 prosessorunun sayəsində deyil həmdə 12 GB RAM göstəricisi sayəsində də əldə edib. Sözügedən göstərici şirkət tərəfindən təqdim edilmiş ilkin göstəricidir. Belə ki, smartfonun gələn ay satışa çıxmasını gözləmək lazımdır. Məhz həmin vaxtda onun reallıqda nəyə qadir olduğu bilinəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×