main-post-cover

    LG G8 ThinQ smartfonunun dizaynı yeni foto sızıntısı ilə təsdiqləndi

    Elm & Texnologiya
    28.01.2019
    Farid Pardashunas
        XDA-Developers saytının tərtibatçıları bildiriblər ki, onlar hələ təqdim edilməmiş LG G8 ThinQ flaqman smartfonunun final versiyasının render fotosunu əldə ediblər. Smartfon artıq tanış olan dizayn və yüksək texniki göstəriciləri əldə etməlidir. Bundan əlavə olaraq LG G8 ThinQ modelində istifadəçinin yeni növ identifikasiya sistemi gözlənilir və çox güman ki, onda ənənəvi səsgücləndiricilər olmayacaq. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə təqdim edilmiş render fotodan da görmək olar ki, LG G8 ThinQ modelinin xarici görünüşü keçən ilki LG G7 ThinQ modelinin xarici görünüşünə bənzəyəcək.

        LG G8 ThinQ modelinin keçən ilki modeldən fərqləndirici özəlliyi o olacaq ki, yeni smartfonun arxa kamerası üfüqi şəkildə yerləşdiriləcək. Maraqlısı ondadır ki, LG V40 ThinQ modelində şirkət üçlü arxa kameradan istifadə edəndən sonra yeni flaqman smartfonda ikili arxa kameraya geri dönüş etməyi planlaşdırır. Smartfonun barmaq izi skanı texnologiyası isə arxa paneldə yerləşəcək. Render fotosuna əsasən güman etmək olar ki, yeni smartfonun yuxarı hissəsindəki çərçivə keçən ilki modeldən daha qalın olacaq. Bununla yanaşı ekran üzərində çıxıntı hissə yox olmayacaq.
    Həmin çıxıntı hissədə ön kamera və nə üçün nəzərdə tutulduğu bilinməyən 4 ədəd ötürücü yerləşdiriləcək. Çox güman ki, LG G8 ThinQ modeli daha təkmilləşdirilmiş Face ID texnologiyasına sahib olacaq. Bundan əlavə olaraq yeni smartfonda danşıq üçün nəzərdə tutulmuş ənənəvi səsgücləndirici sistemini gözləmək lazım deyil. Belə ki, səs smartfon ekranından vibrasiyalar vasitəsilə ötürüləcək. Məlumata əsasən LG G8 ThinQ smartfonu 6.1 düym OLED ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 4000 mAh enerji tutumlu batareya və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Çox güman ki, smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. LG G8 ThinQ modelinin gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim ediləcəyi güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər