
LG-nin yeni smartfon dizaynını əldə edəcək ilk mobil cihazın adı məlum oldu
Elm & Texnologiya
12.04.2020
Emil
Bir neçə gün bundan öncə LG şirkəti öz gələcək smartfon modellərinin əldə edəcəkləri yeni dizaynı sərgiləmişdi. İndi isə şirkət bu məsələ ilə bağlı yeni məlumatlar verib və yeni dizaynı əldə edəcək ilk smartfon modelinin adını açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Görünür, LG şirkəti mobil cihazlar bazarında əsl təkamül yaratmağı və əvvəlki nüfuzunu geri qaytarmağı özünə məqsəd qoyub.

Şirkət təmsilçilərinin sözlərinə əsasən son zamanlarda smartfonları xarici görünüşlərinə və texniki özəlliklərinə görə fərqləndirmək qəlizləşib. Bu fikirlə razılaşmaq olar. Lakin LG-nin yeni smartfon dizaynı mobil cihazlar bazarında olan monotonluğa sözün əsl mənasında yenilik gətirir: Ekranda və arxa paneldə olan simmetrik əyilmələr və damcı formasında olan Raindrop kamera görünüşü.

Bu cür dizaynı əldə edəcək ilk smartfon isə LG Velvet modeli olacaq. Şirkət təmsilçilərinin sözlərinə əsasən smartfoun adı parlaq hamarlıq və yumşaq premiumluq obrazlarının yaradılması üçün nəzərdə tutulub. Həmçinin bundan sonra LG öz smartfon modellərinin adlarında heç bir rəqəmlərdən və ayrıca hərflərdən istifadə etməyəcək. Bundan sonra şirkətin hər bir smartfon modeli xüsusi ad əldə edəcək və həmin ad smartfonun obrazını xarakterizə edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
