main-post-cover

    MIUI 12 ilə gələn yenilikləri göstərən video ortaya çıxdı

    Elm & Texnologiya
    14.04.2020
    Nijat Hamid
            Xiaomi şirkəti hal-hazırda smartfonlarında istifadə etdiyi Android interfeysi olan MIUI-ın yeni versiyası MIUI 12 üzərində işləyir. Daha əvvəl də xəbər verdiyimiz kimi yaxın zamanda şirkət MIUI 12-nin çinli tərtibatçılara xüsusi olan Beta versiyanı yayımlamağa başlayacaq. Beləcə yeni interfeys ilə gələn bəzi yeniliklər də yavaş-yavaş ortaya çıxmağa başladı.

    1. Smartfondan istifadə etdiyiniz vaxtı göstərən funksiya yeniləndi!

            Yeni istifadə müddətini göstərən funksiya ilə artıq istifadəçilər smartfonu nə qədər istifadə etdiklərini, hansı proqramın daha çox istifadə edildiyini daha dəqiq görə biləcəklər. Həmçinin bütün bunlara limit də qoymaq mümkün olacaq. Qoyulan bu limit kilid ekranında göstəriləcək.

    2. Fokus modu

            Yeni Fokus modu ilə istifadəçilər müəyyən vaxt seçərək smartfonun həmin vaxt ərzində tamamilə səssizdə qalmasını təmin edə biləcəklər. Beləliklə görməli olduğunuz digər məsələrə fokuslanıb smartfondan qismən uzaqlaşa biləcəksiniz.

    3. Anti Flicker modu

            
            Bu mod aktiv edildikdə gecə vaxtı ekranın az işıq altında titrəməsinə imkan verməyəcək. Bu halda gözləriniz daha az ağrıyacaq. Lakin bu mod gündəlik istifadə üçün yararsızdır. Sadəcə gecələr istifadə etmək üçün hazırlanıb. Əks halda gündüz istifadə etdiyiniz vaxt smartfonun ekranının kəskinliyi azalacağı üçün keyfiyyət itəcək.
            Həmçinin Anti Flicker modun yerləşdiyi ayarlar hissəsində Ekran yenilənmə sürəti ilə bağlı funksiya mövcuddur, lakin necə işlədiyi hələki bəlli deyil. Yazdığımız bu funksiyalar MIUI 12-nin ilkin beta versiyasında ortaya çıxıb. Aşağıdakı videodan isə bu funksiyaları ətraflıca izləyə bilərsiniz. Qeyd edək ki, MIUI 12 ilə smartfonlara bir çox yeni animasiya effektləri əlavə ediləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər