Logo
    main-post-cover

    MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının əsl siyahısı təqdim edilib

        Xiaomishka ləqəbli məşhur insayder MIUI 12 istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi Redmi smartfonlarının əks olunduğu əsl siyahını təqdim edib. Təbii ki, MIUI 12-ni bu siyahıda olmayan digər Xiaomi və Redmi  smartfonları da əldə edəcəklər. Lakin həmin modellər MIUI 12-yə kimi bir qədər gec yenilənəcəklər. Beləliklə Xiaomishka tərəfindən təqdim edilmiş siyahı belədir:
    - Xiaomi: Mi 10, Mi 10 Pro, Mi 10 Youth Edition, Mi 9 Pro, Mi 9, Mi 9 SE, Mi 8 Explorer Edition, Mi 8, Mi CC9 Pro, Mi CC9, Mi CC9e, Mi Mix 3, Mi Mix 2S.
    - Redmi: K30 Pro, K30, K20 Pro, K20, Note 8 Pro, Note 8, Note 7 Pro, Note 7, Redmi 8, Redmi 8A, Redmi 7, Redmi 7A.
        Qeyd etmək lazımdır ki, MIUI 12 istifadəçi interfeysi 27 aprel tarixində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər