
Mark qeyd edir ki, silinən hesabların sayı onları narahat etmir.
Elm & Texnologiya
25.03.2018
Son günlərdə gündəm olan Cambridge Analytica və Facebook böhranı #deletefacebook kampaniyasına səbəb olmuşdu və bu kampaniya sosial mediada bir çox şəxsin facebook hesabını silməsinə gətirib çıxardı. '
#Deletefacebook kampaniyasına ən böyük dəstək WhatsApp-ın qurucu ortaqlarından gəlmişdi. Yaşanan böyük böhran nəticəsində meydana çıxan kampaniyanın çox insan tərəfindən dəstəklənməsi gözlənilir, amma, hələ ki, bəlkə də çox insanın məsələdən xəbəri yoxdur deyə böyük maraq görmür.
#Deletefacebook kampaniyası ilə bağlı danışan Mark Zuckerberg bu kampaniyanın yaxşı bir addım olmadığını, lakin bu günə qədər qeydə alınacaq qədər hesabın silinmədiyi üçün bu məsələnin onları narahat etmədiyini New York Times agentliyinə verdiyi reportajda qeyd edib:
''Açıq-aşkar görünür ki, bu hal insanlar üçün böyük təhlükəsizlik problemidir və bunu başa düşürəm. İnsanların tətbiqi silmək cəhdləri və ya Facebooku işlədərkən özlərini yaxşı hiss etməmələri böyük problemdir və bunu düzəltmək bizim əsas öhdəliyimizdir.''
Yaşanan problemlə bağlı araşdırmalar və istintaqlar davam edir. Bir çox istifadəçinin həm Facebook, həm də digər sosial şəbəkələrə baxış bucağının nə formada dəyişəcəyi də maraqla gözlənilir. Bu mövzunun qısa müddətdə unudulması daha böyük problemlər üçün şərait yaradacaq. Şirkətlər və istifadəçilər bu vəziyyətə reaksiyalarını dəqiq olaraq göstərməlidirlər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...