
Mars missiyası, süni zəka təhlükəsi və kiborq insanlar. Elon Musk-ın gələcək haqqında proqnozları
Elm & Texnologiya
12.12.2017
Qatil robotlar qarşısındakı
qorxu, təmiz enerjiyə ümid və kosmosun mənimsənilməsi yolunda iddialı planlar.
Bu özəlliklər üzrə məşhur sahibkar Elon Musk-ı tanımaq olar. Onun etdiyi bəyanatlar
sayəsində Business Insider saytı gələcəyin 11 proqnozunu tərtib edib. Həmin
proqnozlar arasında total avtomatlaşdırma, elektronəqliyyatın inkişafı və süni
zəka təhlükəsi var.
Bütün nəqliyyat növləri
elektroenerjiyə keçəcək:
Elon Musk-ın fikrincə təyyarələr,
gəmilər və bütün avtomobil nəqliyyatı gec-tez elektroenerji formatına keçəcək.
Onun fikrincə bazarı hibrid nəqliyyat növləri deyil, məhz elektromobillər və
elektrogəmilər tutacaq. Yeganə istisnanı isə raketlər təşkil edəcəklər.
10 ildən sonra ABŞ-da olacaq bütün
avtomobillərin yarısı elektrikləşdirilmiş olacaq:
ABŞ-da elektromobillərin
satışları 88% qalxıb və yüksəlməkdə davam edir. Analitiklər isə Musk-dan fərqli
olaraq daha ehtiyyatlı proqnozlar edirlər. Onlar düşünürlər ki, ABŞ bazarında
elektromobillərin payı yalnız 2050-ci ildə 75% təşkil edəcək. Bazarın lideri isə
sözsüz ki, “Tesla” şirkəti olacaq.
20 ildən sonra avtonomluq avtomobillərdə adi standart halına gələcək:
20 ildən sonra avtopilot sisteminə
sahib olmayacaq avtomobillər günümüzdə atların qoşulduğu arabalar kimi primitiv
görünəcəklər. Musk-ın fikrincə bu cür avtomobillərdən yalnız sentimental hisslərin
nəticəsində istifadə edəcəklər. Bununla yanaşı nəinki adi avtopilot
funksiyaları, hətta tamamilə avtonom rejimli avtomobillər də adi satndarta
çevriləcəklər. “Tesla” artıq gələcəyə doğru hazırlaşır və avtopilot sistemi
üçün dünyanın ən yaxşı süni zəka sistemini yaratmaqla məşğuldur.
Robomobillərin yayılması nəticəsində
milyonlarla insanlar işsiz qala bilərlər:
Pilotsuz nəqliyyat növləri əmək
bazarını dəyişəcək, robotlar isə insanları daha bir sahədə geridə qoyacaqlar.
Avtomatlaşdırma qeyd-şərtsiz baza
gəlirinin daxil edilməsini tələb edəcək:
Musk-ın fikrincə avtomatlaşdırma
səbəbilə dövlət bu və ya digər formada qeyd-şərtsiz baza gəlirini daxil etməli
olacaq. “Hansısa digər variantların olacağına şübhə edirəm” – deyə Musk bu barədə
bildirmişdi.
2025-ci ildə insan Marsa
yollanacaq:
Musk ilk astronavtları artıq
2024-cü ilə kimi Marsa göndərməyi planlaşdırır. İlk insanlar kolonizasiya üçün
lazımi şəraiti yaradacaqlar və müəyyən vaxtdan sonra planet yaşamaq üçün
komfort yerə çevriləcək. Qeyd etmək lazımdır ki, bu plan “SpaceX” şirkətinin
iştirakı olmadan da reallaşa bilər. Belə ki, bir neçə müddət bundan öncə “Boeing”
şirkəti bildirmişdi ki, o, insanları Marsa Musk-dan daha tez göndərəcək.
Süni zəka nüvə silahından da təhlükəli
olacaq:
Musk-ın fikrincə Şimali Koreyanın
raket təcrübələri süni zəka tərəfindən ola biləcək təhlükənin yanında heçnədir.
Onun fikrincə süni zəka bütün sivilizasiyanı məhv edə bilər.
Süni zəka Üçüncü Dünya Müharibəsinin
səbəbi ola bilər:
Göstərdiyi təhlükə baxımından
süni zəkanın nüvə silahı ilə eyni səviyyədə tutulmasından sonra onun Üçüncü
Dünya Müharibəsinə start verəcəyinə heçnə mane ola bilməz. Bu barədə Musk bir
neçə müddət bundan öncə öz Twitter hesabında bildirmişdi. Bundan əlavə olaraq o
qeyd etmişdi ki, müxtəlif dövlətlər süni zəka sahəsində liderliyin əldə olunması
uğrunda mübarizə aparacaqlar.
Qatil robotlar ciddi problemə
çevriləcəklər:
Özünə bənzər növlər ilə kooperasiya
yarada biləcək robot zəkası bu cür işlərlə məşğul olmağa başlaya bilər. Bununla
yanaşı silah və bombalar ilk mərhələdə olmayacaqlar. İlk öncə süni zəka saxta xəbərlərin
yaradılmasında məşq edəcək. Günümüzdə mediakontentləri saxtalaşdırmağı bacaran
alqoritmlər artıq mövcuddurlar.
Tunellər gələcək nəqliyyat
növünün əsası olacaq:
Musk-ın 3-cü şirkəti olan “Boring Company” bu ideyanı
reallaşdırır. Bunun üçün şirkət Los Ancelesdə yeraltı tunellər qazır və onları
tıxacların yarandığı yerüstü yollara alternativ kimi istifadəyə verməyi
planlaşdırır. Xüsusi platformada olacaq avtomobillər yeraltı sistemlər vasitəsilə
saatda 200 km sürətlə hərəkət edəcəklər. Bu halda isə sərnişinlər öz dəyərli
vaxtlarına qənaət edə biləcəklər.
Sağ qalmaq üçün insanlar
kiborqlara çevrilməli olacaqlar:
“Düşünürəm ki, müəyyən vaxtdan
sonra biz bioloji və rəqəmsal zəkanın birləşməsinin şahidi olacağıq” – deyə
Musk bildirib. Bunu etməkdə isə xüsusi neyrointerfeyslər yardımçı olacaq.
Musk-ın digər bir şirkəti olan “Neuralink” də məhz bu istiqamətdə çalışır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...