Mars planetinə tez bir zamanda necə çatmaq olar?

Mars planetinə tez bir zamanda necə çatmaq olar?

Texnologiya
15.10.2018 PAYLAŞIM

    Mars planetinə idarə olunan uçuşun reallaşdırılması insan sivilizasiyasının ən böyük arzularından biridir. Lakin təəssüflər olsun ki, bu arzunun reallaşması yolunda bir çox çətinliklər var. Buna görə də bu ideyanın reallaşdırılması üçün uzun illər gözləmək lazım gələcək. Marsa uçuşun reallaşdırılmasında ən böyük problem Yer kürəsi ilə Mars arasında olan uzun məsafədir. Yer kürəsindən Mars planetinə olan orta məsafə 225 milyon kilometrdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsindən Aya kimi olan məsafə isə 384.403 kilometr təşkil edir.

    Bu göstəricilər tamamilə fərqlidir. Lakin hətta Aya olan idarə olunan uçuşlar da çox çətin mühəndislik tapşırıqlarından biridir. Burda söhbət hətta hələ planetin səthinə enişdən belə getmir. İnsan Mars planetinə tez bir zamanda necə çata bilər? Hər 26 aydan bir Yer kürəsi ilə Mar arasındakı məsafə minimal olur (57 milyon kilometr). Həmin vaxt ərzində NASA Mars planetinə saatda 58.000 kilometr yol qətt edə bilən pilotsuz kosmik aparat göndərsəydi həmin kosmik aparat Mars planetinə 40 gündən bir qədər çox müddətə çatardı. Heç də pis səslənmir elə deyilmi? Lakin bu kosmik uçuş yalnız o halda qısa müddətə reallaşa bilər ki, kosmik aparat yalnız düz traektoriya üzrə uçmalı və onun uçuşuna kosmik aparatın çəkisi və Günəş sisteminin heç bir təhlükəsi təsir etməməlidir.

Bənzər xəbər


    Təəssüflər olsun ki, kosmik uçuş düz xətt üzrə hərəkətdən daha qəliz bir yolu əks etdirir. Beləliklə yaxşı halda Mars planetinə uçuş nə qədər vaxt apara bilər? Günəş sistemi hər zaman hərəkətdədir. Hər bir planet öz orbital yolunu qətt edir və bu fakt kosmosda səyahət ideyasını qəlizləşdirir. Yer kürəsi ilə Mars planetinin orbitləri ellips formasında olduqlarından planetlər arasındakı məsafə dəyişir. Kosmik aparatın Mars-a uğurlu şəkildə çatması üçün hər iki planet öz orbital hərəkəti zamanı düz xətt üzrə bir sırada durmalıdır. Beləliklə Yer kürəsi Günəş ətrafında 1 il ərzində tam dövr edir. Mars planeti isə Günəş ətrafında tam dövrü 1 il 9 ay ərzində reallaşdırır. Nəticə etibarilə Mars Günəş ətrafında bir dəfə dövr edən zaman Yer kürəsi həmin dövrü demək olar ki, 2 dəfə reallaşdırır.

    Beləliklə hər 26 aydan bir Yer kürəsi ilə Mars arasındakı məsafə minimal olur. Mars planetinə kosmik aparatın göndərilməsi üçün ən ideal vaxt intervalı məhz budur. Həmin vaxt intervalında uçuşa göndərilmiş kosmik aparat yolun enerjisinin istifadə olunması cəhətdən ən səmərəli olan Homanov traektoriyası üzrə hərəkət edəcək. Bu traektoriya üzrə hərəkət edən kosmik aparat Günəş ətrafı elliptik orbitdən keçir. Həmin vaxtda elliptik orbitin özü Mars planetinin orbiti ilə birləşir. Yer kürəsinin qravitasiya sahəsini keçmək üçün kosmik aparatın mühərriki yanmış yanacağın böyük bir hissəsini atır. Nəticədə kosmik aparatın sürəti yüksəlir. Yanacağın böyük bir hissəsi həmçinin kosmik aparatın sürətinin zəiflədilməsi və Mars planetinin orbitinə çıxışı üçün istifadə edilir. Bu üsulla kosmik aparat Mars planetinin səthinə çatana kimi orbit üzrə hərəkət edir.

    Lakin baxmayaraq ki, Mars planetinə uçuş üçün Homanov traektoriyası ən ideal olanıdır, onun vasitəsilə edilən uçuşun vaxtı 260 gün (8-9 ay) çəkir. Beləliklə kimyəvi yanacaq əsaslı mühərrikə sahib idarə olunan kosmik aparat 8-9 ay ərzində Mars planetinə çata bilər. NASA və bir sıra özəl şirkətlər Mars planetinə tez bir zamanda çatmaq üçün kimyəi yanacaq əsaslı daha effektiv raket mühərriki sistemlərinin yaradılması üzrə işlər görürlər. Əsasən söhbət elə elektroraket mühərrikinin yaradılmasından gedir hansı ki, elektrik yüklü atomların və ionların sayəsində kosmik aparatı daha böyük sürətlə təmin edir. Bundan əlavə olaraq atom mühərrikini də misal gətirmək olar. Bu cür mühərrikdə isə enerji mənbəyi kimi azzənginləşdirilmiş urandan istifadə edilir.

    Lakin biz hətta Mars planetinə uçuşun tez bir zamanda reallaşdırılmasına imkan vercək bu cür texnologiyaları yaratsaq da, hər iki planet arasında uçuş istənilən halda aylarla zaman alacaq. Nəticə etibarilə biz bundan əlavə olaraq kosmosda uzunmüddətli uçuşlar zamanı insan səhhəti və lazımi resurlar problemini də həll etməliyik. Lakin qırmızı planetin fəth olunması uğrunda arzuların reallaşdırılması yolunda əsas problem zaman olaraq qalır. Buna baxmayaraq biz ümid edirik ki, yaxın gələcəkdə insan sivilizasiyası nəinki Mars-da həmdə həyat şəraitinin yaradılması üçün lazımi mühitə sahib digər planetlərdə də məskunlaşa biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×