
Marsda münbit şəraitdə formalaşan minerallar aşkar edilib
Elm & Texnologiya
06.03.2025
Emil
Alimlər NASA-nın Mars səthində fəaliyyətdə olan Perseverance aparatının toplamış olduğu məlumatları təhlil ediblər. Bu məlumatlar Jezero adlı kraterin dibindəki qəribə daşları araşdıran cihazlardan əldə edilib. Tədqiqat nəticəsində məlum olub ki, bu daşlar gözlənilmədən yüksək miqdarda alüminiuma sahibdirlər. Bu, kaolinit minerallarının olması ilə bağlıdır. Kaolinit kimi minerallar adətən yalnız isti və rütubətli mühitlərdə əmələ gəlir. Alimlərin fikrincə, bu tapıntı Marsın keçmişdə düşünüldüyündən daha isti və rütubətli bir dünya olduğunu göstərir. Yer kürəsində kaolinit adətən isti iqlimə malik, çoxlu yağıntı düşən bölgələrdə və ya hidrotermal sistemlərdə yaranır.

Bu mühitlər bizim bildiyimiz həyatın mövcudluğu üçün ideal şərait hesab edilir - alimlər belə qənaətə gəliblər. Kaolinit süxurların əsrlər boyu axar suyun təsirinə məruz qalması nəticəsində yaranan qalıq maddədir. İsti su zamanla süxurların tərkibindəki əksər kimyəvi elementləri yuyur və yalnız suda həll olunmayan maddələr qalır. Marsda aşkar edilmiş daşlar da məhz bu proses nəticəsində formalaşmış ola bilərlər. Lakin Qırmızı Planet hazırda soyuq və quraqdır, bu səbəbdən Perseverance aparatının kəşfi gözlənilməz hesab edilir. Alimlərin sözlərinə görə, Marsda tapılan bu kiçik, qəribə daşlar əvvəlki tədqiqatlarda rast gəlinən hər şeydən fərqlənir.
Yer kürəsində rast gəlinən kaolinit:

Ən maraqlısı odur ki, aparatın kamerası Mars səthində minlərlə belə daşın olduğunu və onların geniş bir əraziyə yayılmış olduğunu müəyyən edib. Yer kürəsində kaolinit mineralları adətən yumşaq olur, lakin Marsda tapılan nümunələr daha sərt görünür. Bu, onların fərqli geoloji proseslər nəticəsində bərkimiş ola biləcəyini göstərir. Alimlər bu daşların tərkibində şpinel mineralını da aşkar ediblər. Şpinel həm maqmatik, həm də metamorfik mühitdə əmələ gələ bilər və çöküntü süxurlarında da tapıla bilər.
Yer kürəsində rast gəlinən şpinel:

Hələlik kaolinitin şpinelin ətrafında formalaşdığı, yoxsa əksinə, şpinelin kaolinitdən əmələ gəldiyi məlum deyil. Kaolinitin tərkibində təxminən 14% su olduğu üçün alimlər düşünürlər ki, Mars səthində axan qədim su izləri məhz bu mineralların daxilində qalmış ola bilər. Bu yeni məlumatları nəzərə alaraq, alimlər Marsda mikrob həyatının yaranması və mövcudluğu üçün uyğun şəraitin ola biləcəyini ehtimal edirlər. Bununla belə, tədqiqatçılar hələlik bu qəribə daşların mənşəyini dəqiq müəyyən edə bilməyiblər və Perseverance aparatının gələcək məlumatlarının bu məsələyə aydınlıq gətirəcəyinə ümid edirlər.
Mənbə: Phys.org
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Voyager-1 və Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb
Bu, hər bir aparatdakı bir elmi cihazın söndürülməsi hesabına mümkün olub və güc ehtiyatını qoruyaraq ulduzlararası kosmik sahə haqqında unikal məlumatların toplanmasını davam etdirməyə imkan verəcək.

Elm & Texnologiya
Marsdakı bioloji həyat insan mədəsindəki bioloji həyata bənzəyə bilər
Əgər başqa planetlərdə, o cümlədən Marsda həyat mövcuddursa, o, ekstremal şəraitə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. İspaniyanın San Xorxe Universitetindən Maria Rosa Pino Otin-in fikrincə, bunun necə görünə biləcəyini təsəvvür etmək üçün insan mədəsinin daxilinə nəzər salmaq kifayətdir.

Elm & Texnologiya
Mütəxəssislər: "ABŞ Ay yarışında Çindən geridə qalır"
ABŞ, Ayın mənimsənilməsi yarışında Çinlə artan rəqabət fonunda “Artemis” proqramını həyata keçirməkdə çətinliklərlə üzləşir və NASA daxilində daxili problemlərlə qarşılaşır. ABŞ Nümayəndələr Palatasında keçirilmiş dinləmələr zamanı ekspertlər, Çinin 2030-cu ilə qədər insanlı Ay missiyası həyata keçirməyi planlaşdırdığına görə ABŞ-ın geri qalmasından narahat olduqlarını bildiriblər.

Elm & Texnologiya
Qeyri-adi "isti Neptun" kəşf edilib
İsti Neptun tipli planetlər o qədər nadirdir ki, astronomlar onların bu qədər ekstremal şəraitdə necə sağ qala bildiklərini tam başa düşə bilmirlər. Astronomlar NASA-nın James Webb kosmik teleskopundan istifadə edərək yeni kəşf edilən LTT 9779 b planetini detallı şəkildə tədqiq ediblər.

Elm & Texnologiya
NASA-nın yeni kosmik teleskopu Böyük partlayışın sirrini açmağa yardımçı olacaq
28 fevral tarixində NASA-nın unikal infraqırmızı kosmik teleskopu - SPHEREx-in kosmosa göndərilməsi planlaşdırılıb. Bu teleskop 2 il ərzində bütün görünən kosmosu skan edəcək və ilk dəfə olaraq kainatın 102 fərqli rəngdə unikal xəritəsini yaradacaq.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
