main-post-cover

    MediaTek Dimensity 9200+ prosessoru Snapdragon 8 Gen 2 ilə lazımi səviyyədə rəqabət apara biləcək

    Elm & Texnologiya
    11.04.2023
    Farid Pardashunas
        Görünür, MediaTek şirkəti Qualcomm-un Snapdragon 8 Gen 2 prosessoru ilə uğurlu şəkildə rəqabət apara biləcək. Belə ki, şirkətin  Dimensity 9200+ adlı yeni prosessoru AnTuTu 9 bençmarkının testindən keçib və test nəticəsi olaraq yüksək xal toplayıb. Məlumatda qeyd edilib ki, Dimensity 9200+ prosessoru AnTuTu 9 testində 1.35 milyon xal toplayıb. Qeyd etmək lazımdır ki, Dimensity 9200+ prosessoru, Dimensity 9200 modelinin daha sürətləndirilmiş versiyası rolunda çıxış edəcək. Prosessorun hansı nüvələrinin hansı tezliklərdə çalışacaqları barəsində bir məlumat yoxdur. Hal hazırda aktual olan Dimensity 9200-ün tərkibinə 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 nüvəsi, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsi və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi daxildir. Dimensity 9200+ yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər