
MediaTek Dimensity 9400 flaqman prosessorunun təfərrüatları açıqlanıb
Elm & Texnologiya
31.05.2024
Emil
MediaTek şirkəti bu il yeni flaqman prosessorunu təqdim edəcək. Söhbət, Dimensity 9400-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bu yeni prosessor barəsində yeni məlumatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən MediaTek-in bu yeni flaqman prosessoru MT6991 model nömrəsinə sahibdir və o, TSMC şirkətinin N3E adlı ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
Bunun sayəsində prosessorun enerji sərfiyyatı 34% aşağı düşəcək. Bununla yanaşı insayder bildirib ki, Dimensity 9400 prosessoru yüksək performanslı Cortex-X5 nüvəsinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Dimensity 9400-ün test versiyasındakı Cortex-X5 nüvəsi 3.4 GHz çalışma tezliyinə sahibdir. Prosessorun final versiyasında nüvənin çalışma tezliyi daha yüksək ola bilər. Dimensity 9400-də Cortex-X5 ilə yanaşı 3 ədəd Cortex-X4 nüvəsinin və 4 ədəd Cortex-A720 nüvəsinin olacağı gözlənilir. Dimensity 9400 prosessoru bu ilin ikinci yarısında təqdim edilməlidir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
