
MediaTek orta seqment smartfonlar üçün nəzərdə tutulmuş Dimensity 7200 prosessorunu təqdim edib
Elm & Texnologiya
17.02.2023
Emil
MediaTek şirkəti yeni orta səviyyəli prosessorunu təqdim edib. Söhbət, Dimensity 7200-dən gedir. Sözügedən prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və flaqman smartfonların bəzi funksiyalarına sahib orta seqment smartfonlar üçün nəzərdə tutulub. Dimensity 7200 prosessoru 8 nüvəlidir. O özündə 2.8 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A715 nüvəsini və 6 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Əlavə olaraq Dimensity 7200-yə köməkçi neyron prosessoru da quraşdırılıb. Sözügedən yeni prosessorun maksimal olaraq nə qədər RAM və daxili yaddaş həcmini dəstəklədiyi barəsində məlumat verilməyib.
Lakin məlumdur ki, o, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Prosessorun qrafik özəlliklərindən ARM Mali G610 çipi cavabdehdir. Məlumatda qeyd edilib ki, Dimensity 7200 prosessoru 200 MP-ə kimi olan kamera obyektivlərini, eyni anda iki kamera ilə çəkiliş özəlliyini, zəif işıqlandırılmış mühitdə kadrdakı küyün boğulması alqoritmini və süni zəka vasitəsilə fotoların yaxşılaşdırılması imkanını dəstəkləyir. Yeni prosessor həmçinin 144 Hz-ə kimi təsvir yenilənmsəinə sahib Full HD+ keyfyyətli ekranları, Bluetooth 5.3 texnologiyasını və Wi-Fi 6E-ni də dəstəkləyir. Dimensity 7200-ü ilk olaraq hansı smartfonun əldə edəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər