MediaTek şirkəti Nokia ilə birlikdə 6G texnologiyasının hazırlanmasına start verib
Elm & Texnologiya
23.07.2020
Emil Nəcəfov
Keçən ildən başlayaraq bütün dünya üzrə böyük şəhərlərdə 5G şəbəkəsi istifadəyə verilməyə başladı. Lakin bəzi şirkətlər artıq 6G texnologiyasının hazırlanmasına start veriblər. Məlum olub ki, MediaTek şirkəti də bu istiqamətdə işlərə start verib. Bu barədə Gizchina saytı xəbər verib. MediaTek şirkəti 6 il ərzində öz diqqətini 5G texnologiyasına yönəltmişdi.
Tayvanın Sinçju şəhərində olan baş ofisdəki tədqiqat mərkəzindən əlavə olaraq şirkətin həmçinin Finlandiyada da tədqiqat mərkəzi mövcuddur. Bu tədqiqat mərkəzlərində 5G məhsullar və yeni nəil naqilsiz texnologiyalar hazırlanır. Məlumata əsasən Finlandiya hökuməti elmi müəssisələr ilə birlikdə 6G-nin hazırlanmasına start veriblər və MediaTek də bu işdə əsas rollardan birini oynayan təmsilçilərdən biridir.
MediaTek-in əsas partnyorlarından biri də Nokia şirkətidir. MediaTek smartfonlar üçün 6G dəstəkli prosessorlar hazırlamaqla məşğuldursa, Nokia şirkəti 6G şəbəkəsi üçün telekommunikasiya təchizatı və yeni standartlar hazırlamaqla məşğuldur. Mütəxəssislərin fikirlərəinə əsasən 6G şəbəkəsi 2030-cu ildə istifadəyə veriləcək və məlumatların saniyədə 1 TB sürətlə ötürülməsi imkanını yaradacaq. Samsung-un fikrincə isə 6G şəbəkəsi 2028-ci ildə istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!