main-post-cover

    Məhkəmə detektivi: 'iPhone-nu hack etmək Android smartfonu hack etməkdən daha asandır'

    Elm & Texnologiya
    31.01.2020
    Emil Nəcəfov
        Müasir məhkəmə praktikasında mobil telefon yerinə yetirilmiş cinayətin istintaqı zamanı çox ciddi sübut ola bilər. Buna görə də ABŞ hökuməti və hüquq-mühafizə orqanları iOS Android smartfonlarda məlumatların şifrələnməsi məsələsində narahatlıq keçirdirlər. Amerikadan olan detektiv bu əməliyyat sistemləri vasitəsilə çalışan smartfonların hack edilməsinin qəlizliyindən danışıb. Bu barədə Androidauthority saytı xəbər verib. Apple şirkətinin iPhone modellərinin hack olunması məsələsinə gələndə ABŞ hökuməti bu halda xüsusi cihazlardan istifadə edir.
        Həmin cihazlar isə hal hazırda bazarda satılan istənilən iPhone modelinin hack olunması imkanını verir. Bu üsul ilə qanun keşikçiləri cinayətkarların konfidensial məlumatlarını əldə edə bilirlər. Lakin amerikalı detektivin sözlərinə əsasən Android smartfonlara növbə çatanda bu məsələ daha da qəliz olur. “Biz, Android-dən çox şey əldə edə bilmirik. 1 il bundan öncə biz, iPhone-dan məlumatları əldə etmək imkanına sahib deyil idik. İndi isə biz, Android ilə çalışan istənilən smartfondan məlumatların əldə olunmasında çətinlik çəkirik” - deyə detektiv qeyd edib. Tibbi-məhkəmə ekspertizası ilə məşğul olan kriminalistlərdən biri qeyd edib ki, iPhone-dakı məlumatların əldə olunması üçün istifadə olunan məşhur Cellebrite adlı alqoritm Android smartfonlarda çalışmır.
        Məsələn həmin alqoritm Galaxy S9Google Pixel 2 kimi smartfonların sosial şəbəkə məlumatlarını, axtarış tarixçəsi və GPS kimi məlumatları əldə edə bilmir. Huawei P20 Pro-nun halında isə alqoritm ümumiyyətlə heç bir məlumat əldə edə bilməyib. Detektiv əmindir ki, istifadəçilərin konfidensial məlumatlarının qorunması adı ilə inteqrasiya edilən şifrələmə sistemi vasitəsilə istehsalçılar istifadəçilərin smartfonlarını hüquq-mühafizə orqanları tərəfindən olunan hack prosesindən qoruyurlar. Hal hazırda Android smartfonların hack olunma prosesi qəliz olsa da detektiv qeyd edib ki, nəzəri cəhətdən hüquq-mühafizə orqanları istənilən smartfonu hack edə bilərlər. Bu məsələdə sadəcə olaraq hər şey prosesin müddətindən və qəlizliyindən asılıdır.
    Linki kopyala