main-post-cover

    Məişət texnikası üzrə jurnalların Avropa Assosiasiyası bu ilin ən yaxşı smartfonunu seçdi

    Elm & Texnologiya
    16.08.2018
    Farid Pardashunas
        Huawei bu il unikal smartfon modelini satışa çıxartmağı bacardı. Söhbət, P20 Pro flaqman modelindən gedir. Sözügedən smartfon əla dizayn, yüksək texniki göstəricilər və ən əsası smartfon bazarında ilk dəfə üçlü arxa kameraya sahib oldu. Smartfon bir çoxları tərəfindən müsbət fikirlər əldə etdi. Bir neçə müddət bundan öncə isə audio və videotexnika jurnallarının Avropa Assosiasiyası (European Imaging and Sound Association, EISA) Huawei P20 Pro smartfonunu bu ilin ən yaxşı smartfonu adına laiq gördü. Qeyd etmək lazımdır ki, sözügedən assosiasiyaya istehslakçı texnikası üzrə dünyanın 50 nüfuzlu jurnalı daxildir.
        Bu, Huawei şirkətinin EISA-dan olan ilk mükafatı deyil. Əvvəlki illərdə şirkətin P10 smartfon modeli “2017-2018-ci illərin ən yaxşı kamerasına sahib smartfonu”, Huawei Watch 22017-2018-ci illərin ən yaxşı daşına bilən cihazı”, Huawei P9 smartfonu isə “2016-2017-ci illərin ən yaxşı smartfonu” adlarına laiq görülmüşdülər. EISA Huawei P20 Pro flaqman modeli barəsində bunları qeyd edib: “Şüşə korpus, 18:9 nisbətində 1080x2240 piksel keyfiyyətli AMOLED ekran, Super Charge özəllikli 4000 mAh enerji tutumlu batareya və Leica markalı üçlü arxa kamera sayəsində Huawei P20 Pro ən aparıcı və innovasiyalı smartfon hesab olunur”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər