
Məşhur analitik: 'Apple şirkətinin MR cihazı AR-VR sahəsinin son ümid yeri ola bilər'
Elm & Texnologiya
06.04.2023
Emil
Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı AR/VR sahəsinin son ümid yeri ola bilər. “Yaxın gələcəkdə AR/VR cihazlarının məişət elektronikası sahəsində inqilabi məhsullar olacağına dair bir sübut hal hazırda mövcud deyil. Apple şirkətinin anonsu AR/MR cihazların inqilabi cihazlar olmaları mövzusunda investorları inandırmaq üçün son cəhd ola bilər” - deyə analitik qeyd edib. Öz fikirlərini təsdiqləmək üçün analitik bir neçə statistik faktı təqdim edib.
- Sony 2023-cü il üçün Playstation VR2 cihazının istehsal planını 20% ixtisar edib
- Meta Quest Pro cihazının ümumi satış göstəriciləri cəmi 300 000 ədəd cihaz təşkil edir
- Çinin AR/VR cihazlar istehsalçıları arasında ən böyük şirkət olan Pico-nun 2022-ci ildə satışları 40% aşağı düşüb.
Qeyd etmək lazımdır ki, Apple artıq dəfələrlə sübut edib ki, o, bazarda mövcud olan müəyyən məhsulu elə şəkildə dəyişə bilər ki, alıcıların həmin məhsula tələbatları yenidən artsın. Buna misal olaraq iPhone, iPad və Apple Watch-u gətirmək olar.
Paylaş
Bənzər xəbərlər